Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Əcnəbi sərnişinlərin gedişi



Yüklə 75,17 Kb.
səhifə44/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   40   41   42   43   44   45   46   47   ...   50
Əcnəbi sərnişinlərin gedişi

Əcnəbi sərnişinlərin ölkə daxilində gedişi kupon kitabçalar üzrə icra edilir. Üzərinə ya maşında tərtib edilən, ya da əllə tərtib edilən blank sənədi tikilir. Kupon kitabçasının etibarlıq müddəti bir istiqamətdə 2 aylıq müəyyən edilmişdir. Etibarlılıq müddətinin qurtarması barədə qeyd etmək tələb olunmur, lakin onu bərpa edərkən plaskarta dəyərini ödəmək lazımdır. Etibarlılıq müddəti ya xəstəliyə görə və ya bədbəxt hadisəyə görə uzadılır. Beynəlxalq qatarlarda gediş tərtibi zamanı verilir:



  1. bütün yol üçün bilet-kupon;

  2. yolun qatar dəyişmə sahəsi üçün yer göstərilməklə, ya tarix açıq qalmaqla plaskarta;

  3. sürətə və ya marşrutu dəyişməyə görə biletə əlavə haqq.

Marşrutu dəyişməyə, hətta yeni marşrut əvvəlkindən qısa olsa da, əlavə haqq ödənilməsi tərtib olunmalıdır və əlavə haqqın dəyəri sıfırdır. Bu sənədlər kupon kitabçasının cildinə tikilir. Kupon kitabçasının cildi verilərkən komposterlə və ya mastik ştampla komposterləşdirilir. Gediş etibarlılıq müddətində başlaya bilər. Beynəlxalq qatarlarda gediş sənədlərini həm əllə, həm də elektron üsulla tərtib edirlər. Bələdçi plaskartın tərtibindəki fərqi bilməlidir: plaskartın əllə tərtibi zamanı kupon kitabçasına iki nüsxədə tikilir. Plaskart elektron üsulla tərtib edilərkən bir nüsxəsi sərnişinə verilir və səfərdən sonra ona qaytarıla bilər.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin