Maye yüklərin xaraxteristikası
Xüsusi vaqon sisternlərdə və bunker yarımvaqonlarında daşınan duru yüklərə maye yüklər deyilir. Maye yüklərin 90 % dən çoxunu neft və neft məhsulları (benzin,dizel yanacağı, mazut, yağ, bitum) təşkil edir. Maye yüklərə habelə kimya sənayesi məhsulları (turşular, boyaq maddələri, qələvilkər və s.) və yeyinti sənaye məhsulları (bitki yağları, piylər spirtlər və s.) aid edilir.
Neft məhsulları şəffaf (ağ, açıq) və tünd (qara rəngli) məhsullara bölünür. Şəffaf məhsullara benzin, benzol, ağ neft (kerosin) dizel yanacağı, motor yanaşağının yüngül növləri və s. aiddir. Tünd məhsullara mazut, bitum, motor yanacağının ağır növləri xam neft, duru sürtgü yağları aiddir.
Maye yüklərinin daşınma və saxlanma şərtlərinə təsir edən əsas xassələri bunlardır: nisbətən tex alışıb yanır, yüksək dərəcəli temperaturda qatılaşır və müsbət temperaturda belə donub laxtalanır, yüksək buxarlanma qabiliyyəti olur, metalı korroziyaya uğradır, insan orqanizminə zərərli təsir edir və s. maye yüklərin bu və digər özünə məxsus xassələri onların dəmir yolu nəqliyyatı ilə daşınması zamanı xüsusi şəraitin gözlənilməsini tələb edir. Maye yüklər təhlükəli və təhlükəsiz olurlar. Yükün adının, təhlükəlilik dərəcəsinin daşıma sənədində düzgün göstərməsinə, habelə vaqonların doldurulub-boşalması və təmizlənməsinə göndərici və alıcı məsuliyyət daşıyır. Maye yüklər qatı, zəif qatı və çox qatı olurlar. Temperatur artdıqda neft məhsullarının sıxlığı və qatılığı azalır, bu isə doldurma-boşaltma əməliyyatını sürətləndirir.
Dostları ilə paylaş: |