Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Maye yüklərin qəbulu və çəkisinin təyin edilməsi



Yüklə 75,17 Kb.
səhifə7/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   2   3   4   5   6   7   8   9   10   ...   50
Maye yüklərin qəbulu və çəkisinin təyin edilməsi

Sistern və bunker yarımvaqonlarında daşınan maye yüklərin siyahısını Yük Daşımaları Qayadalarının 2ci cildinin 41ci fəslinin 1ci əlavəsində verilib. Bu siyahıda həmin yüklərin təhlükəlilik dərəcəsi, hansı sisterndə daşınmasınınmümkün olması,sisterndə hansı trafaretlərin olması və daşıma sənədlərində hansı ştampların vurulması və s. göstərilir.

Sistern və bunker yarımvaqonlarında daşınan yükün çəkisini göndərici vaqonu tərəzidə çəkməklə, ölçməklə yaxud digər üsullarla təyin edir. Neft və neft məhsulları, aseton, naşatır spirti, təmizlənmiş yaö və s. yüklərin çəkisini olçərək təyin edirlər. Bunun üçün vaqonda mayenin hündürlüyünü xüsusi metr ştokla ölçürlər. Sonra sisterndəki mayedən bir qədər götürüb onun temperaturunu və sıxlığını tapırlar. Sisternin kalibrinə əsasən və mayenin hündürlüyünə əsasən müvafiq olaraq dəmir yolu sisternlərinin kalibrlənmə cədvəlində mayenin həcmi (dm3) tapılır, sonra isə mayenin həcmini onun sıxlığına vuraraq mayenin şəkisi təyin edilir.

Mayenin sıxlığı və temperaturu xüsusi cihazla denstimetrlə (aerometrlə) ölçülür. Mayenin pasport məlumatları olarsa, onun faktiki sıxlığını denstimetrdən istifadə etmədən, orta temperatur düzəlişlərindən istifadə edərək hesablamaq olar. Bu halda sisternə doldurulmuş yükün çəkisini aşağıdakı düsturla tapırlar:



Burada Q – yükün çəkisi, kq;

V - sisternadakı yükün həcmi, dm3;

d - +200C-də neft məhsulunun sıxlığı, kq/dm3;

tf – mayenin hündürlüyü ölçülən zaman onun faktiki malik olduğu temperatur, 0C;

α – temperaturu 10C sıxlığı fərqinə verilən temperatur düzəlişi. Əgər mayenin temperaturu 200C-dən yüksəkdirsə, onda temperatur düzəlişi çıxılır, 200C-dən aşağıdırsa temperatur düzəlişi əlavə edilir.




Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin