Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları


Maye yüklər üçün hərəkət tərkibi



Yüklə 75,17 Kb.
səhifə8/50
tarix01.01.2022
ölçüsü75,17 Kb.
#102923
1   ...   4   5   6   7   8   9   10   11   ...   50
Maye yüklər üçün hərəkət tərkibi

Maye yüklər dəmir yoluna, göndəriciyə və alıcıya məxsus olan, habelə dəmir yolu tərəfindən onlara icarəyə verilən sistern vaqonlarda daşınır. Dəmir yolunun neft və neft məhsulları daşımaq üçün sistern vaqonları, bitum daşımaq üçün yarımvaqonları, süd və şırab məhsulları daşımaq üçün xüsusi sistern vaqonları vardır. Neft-benzin sisternlərində kimya və yeyinti sənayesinin məhsullarını da daşımaq olar.

Sistern vaqonları parkı daşıdığı yükün növünə görə 3 qrupa bölünür:

1-ci qrup – neft və neft məhsulları daşımaq üçün;

2-ci qrup – kimyəvi yüklər daşımaq üçün;

3-cü qrup – yüyinti yükləri daşımaq üçün.

Neft və neft məhsulları daşımaq üçün olan sisternlər özləri də 3 növə bölünür:


  1. Şəffaf neft məhsulları üçün. Bu sisternlərin üstünə “Benzin” trafareti vurulur.

  2. Xam neft və tünd neft məhsulları üçün. Bu sisternlərin üzərinə “Neft” – “Mazut” trafareti vurulur.

  3. Şəffaf və tünd neft məhsulları üçün. Bu sisternlərin üzərinə “Benzin-Neft” trafareti vurulur.

Kimyəvi və xüsusi yüklər üçün olan xüsusi konstruksiyalı sisternlər göndəriciyə icarəyə verilə bilər, yaxud yükləmə stansiyasına qeyd edilə bilər. Bu halda sisternlərin üstünə müvafiq qeydlər edilir “Təcili....... dəmir yolunun........ stansiyasına qaytarmalıdır. Sisternlərin üstünə onun nömrəsinin üst tərəfindən əlavə olaraq şəffaf neft məhsulları üçün “C”, tünd neft məhsulları üçün “T”, şəffaf və tünd neft məhsulları üçün “CT”, kimyəvi yüklər üçün “X”, yeyinti məhsulları üçün “P” əlavə trafaretləri vurulur. Bundan əlavə həmin sisternlərin üstünə yükün təhlükəli olduğunu bildirən digər trafellər (“Yanğın təhlükəlidir”, “Zəhərlidir”) vurulur. Bitum xüsusi bunker yarımvaqonlarda daşınır. Bu yarımvaqonların ikiqat divarı və bu divarlar arasında boruları olur. Borular vasitəsilə isti buxar buraxılır və bitum qızaraq əriyir, sonra isə çənlər bir-bir aşırılır və beləliklə az xərclə tez bir zamanda vaqon boşaldılır.


Yüklə 75,17 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin