DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Mərvan ibn Məhəmmədin ikinji dəfə Dərbəndə hakim təyin olunması və xəzərlilərlə müharibəsi haqqında



Yüklə 0,98 Mb.
səhifə11/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

Mərvan ibn Məhəmmədin ikinji dəfə Dərbəndə hakim təyin olunması və xəzərlilərlə müharibəsi haqqında

Mərvan ibn Məhəmməd iyirmi min mübariz ilə yola düşdü. Mərvan istialanə gəlib, min evdən artıq orada viran eylədi. Bu xəbər Xaqanın qulağına yetişjək onun qarşısına qoşun göndərdi. Mərvan min nəfər tərxanilərdən qətlə yetirdi və bir çoxunu əsir götürdü. Fərarilər bu xəbəri Xaqana yetirib. Xaqan bu xəbərdən dəhşətə gələrək Mərvanın yanına elçi göndərdi və təslim olmağı ona çatdırdı. Şimdi nə murad edirsən onu edəyim. Mərvan xəbər göndərdi kim, muradım oldur kim, müsəlman olasan. Əks halda səni qətl və taxt-tajına sərnigün edərəm.

Xaqan adam göndərdi kim, əyanından bir şəxs hüzuruma göndər ki, islam şəriətinin qanunlarını bizlərə təlim etsin.

Pəs Mərvan Nuh ibn Saibi və Əbdürrəhman Alulanı Xaqan hü­zuruna göndərdi. Elə bu vaxt Hüşşamın dünyadan rəhlət etmə­si xəbəri yayıldı. Vəlid ibn Yezid onun yerində xilafətə əyləşdi. Vəlid bu müqəddimədən şad olub, təhniyyət birlə Mərvana məktub yazıb, onu Dərbənd hökumətinə məmur eylədi. Hüşşam ibn Əbdülməlik on doqquz il xilafət etmişdir. Tarixi hijri ilə 123-124-jü ilində vəfat edib, həmin ildə Vəlid ibn Yezid xilafətə əyləşmişdir. Pəs Mərvan xəlifənin əmrilə Dərbəndə azim və qışı orada qışlayıb, bahar vaxtı Şəkiyə tərəf yollandı. Yağiyan qala­sını bir ay mühasirədən sonra şəhəri fəth və qalanın sakinlərini qılınjdan keçirib, çoxlu əsir götürdü. Qalanı da dağıtdı. Oradan Həmədana tərəf getdi. Yolda olan bütün qala və kəndləri zəbt edib, Dərbəndə qayıtdı. Qışı orada keçirib, bahar fəslində yenə Azərbayjana getmək qərarına gəldi. Dağ məliklərinə əvvəljədən xəbər göndərdi. Hamısı ona tabe oldular, İdrisdən başqa. İdris ondan üz döndərib, qaçdı və meşədə gizləndi.

Oradan Bərdə şəhərinə varıb, jümlə Ermənistan və Azərbay­janı fəth etdi. Ona qarşı çıxan qalmadı.

Bu hadisələr baş verəndə Vəlid ibn Yezid ibn Əbdülməlik bir il on iki gün xilafət edib vəfat etdi. Onun yerində qardaşı İdrahim hökümətə əyləşdi. Bu xəbəri Mərvan eşitjək Asim ibn Zeyn ibn Abdullahı Azərbayjan və Ermənistan üzərinə nayib təyin edib, özü qoşunla Şama yola düşdü. Həməsə çatanda Həməs əhalisi onunla müharibə etdilər. Mərvan onları məğlub etdi. Nəhayət sülh etdilər. Oradan dəxi yola düşüb, Dəməşqə gəldi. Süleyman ibn Hüşşam ibn Əbdülməlik Mərvana qarşı müharibə etdi. Mər­van Dəməşq darvazasına çatanda İbrahim ibn Vəlid öz zəifliyini müşahidə edərək, Mərvana beyət elan etdi və vilayətin hökmran­lığını ona tapşırdı. İbrahim iki ay hökmranlıq etdi. Mərvan hijri tarixilə 128-ji il səfər ayında xilafətə keçmişdir. O, dəxi dörd il xilafət edərək, öldürülmüşdür.





Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin