DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Zikri-Jəngi İbrahim və Süleyman Bahili



Yüklə 0,98 Mb.
səhifə23/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   19   20   21   22   23   24   25   26   ...   38
Zikri-Jəngi İbrahim və Süleyman Bahili
Ravi belə rəvayət edir ki, hijrətin qırx birinji ilində Bəni Üməyyə xəlifəsinin əsrində xəbər yetişdi, kim Dərbənd şəhərinə qalib olub Azərbayjan sərhədlərinə qətlu qarət edirlər. Xəlifeyi-Zaman İbrahim və Süleyman Bahilini dört min bahaduri- tiğzən və dilavəri-səfşikən ilə Dərbənd şəhərinə məmur eylədi. Məzkur olan sərkərdələr əzimətə ələmin ujaldıb Dərbənd tərəfinə gəldilər. Azərbayjan sərhədlərinə yetişdikdə tamam sərhədlər əhlini qılınj zərbi ilə müsəlman eyləyib Dərbənd şəhərinə yetişdilər. Dərbəndin Narın qalasında olan xəzəri tayfəsi islam əsgərinin ğərimətin eşidib qaladan çıxıb Həmar qalasına yəni Qaya kəndinə qaçdılar. Ol tərəfdən Xaqani-Çin yüz min qoşun ilə Dərbənd şəhərinin içində olan islam qoşununun bərabərinə gəlib Dərvaq çayının qırağında nüzul eylədi. Xaqani-Çin şöylə ki, ərəb tayfasının qılınj zərbini eşitdi, özünün gəlməyindən peşiman olub mürajiət qılmaq istədi. Əyani-dövləti qayıtmağa səlah bilməyib durdilər islam əsgəri dəxi Dərbənd şəhərindən çıxıb Dərvaq çayının qırağında onların müqabilində durdular. Xaqan Çin həmişə söylərdi ki, «Ey mənim əmnalarım, deyillər bu ərəb tayfasına qılınj və nizə kargər etməz. Ərəb vilayətində bizim davamıza gəliblar. Bunlər ilə jəng səlah deyildir». Gördilər bir ərəb dərya kənarında üryan qüsl edir. Bir nəfər nizə ilə gəlib ol ərəbi zəxmdar qılıb, başın kəsıb, xaqanın hüzurına götirib dedi: «Bu ol ərəbin başıdır ki, heç silah ona kargər etməz.» Xaqan bunu mülahizə edəndən sonra jürətlənib səflərin rast eylədi və ləşkəri-islam dəxi səflərin rast eyləyib, Allahu Əkbər deyib yalın qılınjlarilə anların səflərinə həmlə edib, ol gün axşam olunja jəng eylədilər. İyirmi min adam xəzəri tayfasından qətlə yetirib, axşam hər güruh öz ordusuna qayıtdılar. Sübhgah aftab tülu edəndən sonra hər iki ləşkər bir-birinin müqabilinə yürüyüb qılınj və nizə və kaman ilə əsr namazı olunja jəng eylədilər. Ol gün min adam onlardan və iki yüz adam islamdan həlak oldular. Hər iki ləşkər öz ordularına qayıtdılar. Üçünjü gün ərəb ləşkəri Allahu Əkbər deyub şiri-məst kimi onların dəstələrinə həmlə aparıb çox pəhləvanlar iki tərəfdən qətlə yetişib yenə ordularına qayıtdılar. Dördünjü gün ləşkəri-islam öz səflərin düzəldib onların dəstələrinə hüjum eylədilər. Şöylə ki, ləşkəri-xaqani-Çin islamın hərbəsin gördulər tabi-müqavimət gətirməyib üz qoydular qaçmağa. Ləşkəri-islam onların ardınja yürüş aparıb jəmi-kəsir qətlə yetirdilər və islam ləşkərindən dəxi çox adamlar məjruh və məqtul olub, Xaqani-Çin öz ləşkərinə tənə nərəsin vurub islam ləşkərinin müqabilinə qayıdıb əzim jənglər eylədilər. Jəmi-kəsir islam ləşkərindən məjruh və həlak olundu. Axşam hər iki güruh yenə öz ordularına qayıdıb. Beşinji gün Xaqani- Çin öz ləşkərinə qadağan eylədi ki, hər kəs bu dəfə düşməndən üz döndərib qaçsa, toxmi vüjudu yer üzündən püç edərəm. Gərəkdir məjmu ləşkər fövj-fövj islam ləşkərinə həmlə edib onları məğlub edəsiz. Bu tərəfdən Səlman və rəbiə-əl Bahili qırx nəfər mübarizi-janbaz ilə daf tələb olub qarşıda və qalan dəstələr arxasınja Allahu Əkbər deyib xaqanın dəstələrinə qarşı bir mərtəbədə jəng eylədilər kim, iyirmi min nəfər onlardan həlak və özləri şəhid oldular. Ol qırx nəfər indi Dərbənd şəhərindədir. Onlara Qırxlar deyillər. Xaqani-Çin baqı ləşkər ilə Həmra qalasına ki, Qaya kəndi ola, getdi. Ol qalada qaravul qoyub İnji qalasına getdi. İnji qalasından Gülbaxa rəvan oldu. İnji qala çox əzim qaladır. Tərxunun üç fərsəxindədir. Baqi ləşkəri-islam məjruh və zəxmdar Dərbənd şəhərinə daxil olub, bir az vaxtdən sonra Şam tərəfinə rəvan oldular. Tayfeyi-Xəzəridən bir qədər qoşun gəlib Dərbənd şəhərinə mütəsərrif oldular.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin