DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə26/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   22   23   24   25   26   27   28   29   ...   38
Zikr i-amədən Əbu Müslüm

be Dərbənd və Dağıstan
Tarixi nəbivei yüz on beşdə olanda jənab Əbu Müslüm ibn Əbdülməlik iyirmi min mübarizi-jəladət rəzm ilə ləvai-əzimətin Dərbənd və Dağıstan tərəfinə ujaldıb mənzil bəmənzil qəti-mərahil edub varidi-Dərbənd olub şəhərin xarab olan büruj və hasarın təmir edib Narın qalada bir əzim imarət, beş səqfli var idi. Onı yıxıb, imarətin yerində jəbbəxana və su anbarları və neft və suyursat anbarları təmir eyləyib, Narın qalanı möhkəm və üstuvar eylədib tamam Dağıstan vilayətlərinin ixrajatını jəm edib anbarlara töküb hajəti vaxtında Dərbənd əhlinə və pasibanlara təqsim edərlərdilər.

Əlqissə, Dərbənd əhlinin əksərin müsəlman eyləyib, müsəlmanları yeddi məhəllə qərar verdi. Hər tayfa üçün bir məsjid təmir eylədi və məsjidlərin adın hər tayfənin adilə mövsum eylədi. Əvvəl məsjid xəzəri, ikinji məsjid Fələstin, üçünjü məsjid Dəməşq, dördünjü məsjid Həməs, beşinji məsjid Qeysər, altınjı məsjid Jəzair, yeddinji məsjid Mosul, bunlardan böyük bir məsjidi-Jame jümə namazı qılmağa təmir eylədi. Şəhər üçün daxi altı darvaza qərar verdi, dəmirdən. Darvazalara ad qoydu. Babül-Mühajir, indi Jarçı qapı deyərlər; Babül-Jihad, Qırxlar qapıya deyərlər; Babül-Həməs, Yeni qapıya deyərlər; Babüs-Səğir, Türkman qapıya deyərlər; Babül-Məktub, Bayat qapıya deyərlər; Babül-İlməqə, Narın qala qapısına deyərlər.

Jənab Əbu Müslüm Dərbənd şəhərinin işlərinə ənjam verəndən sonra ləvai əzimətin Qumuq tərəfinə ujaldıb yürüdü. Qumuq xalqı onun müqabilinə gəlib çox jəng və müqatilə edəndən sonra aman tələb eyləyib müsəlman oldular. Bir məsjidi- Jame onlar üçün Qumuq şəhərində təmir eyləyib Şahbal Abdullah Abbas oğlunu onlara hakim və sərdar eylədi. Bir nəfər qazi islamın şəraitin onlara təlim eyləmək üçün Şahbal sərdarın yanında qoyub, özü Qara Qeytaq üstünə yürüdü. Qeytaq tayfası davaya mühəyya olub, çox yerlərdə müqatilə edəndən sonra əksəri müsəlman olmaq səbəbindən xilas və müti oldular. Baqisi küfr üzrə qalıb qətlə yetişdilər. Əmir Həmzə adlı öz əqvamından yanında var idi. Əmir Həmzəni Qara Qeytağa hakim qoydu ki, indi Qara Qeytaq üsəmisi onun silsiləsindəndir. Ondan Tabarsaran üstünə yürüdü ki, Tabasaran tayfasının əksəri yəhudi və xariji-məzhəb idi. Onlar daxi əvvəl fərman bərdar olmadılar. Hakimin və çox xalqın qətl və əsir edəndən sonra baqisin müsəlman eylədi. Məhəmməd Məsum adlı bir yaxşı müttəqi öz ləşkərində var idi. Onu Tabasaran əhlinə hakim və iki nəfər qazi islam şəriətin onlara təlim eyləməyə təyin eyləyib qadağan eylədi ki, hərgah bundan sonra bir sanihə hayelə vaqe olsa məjmu Tabarsaran məsumun və qazilərin məsləhət və müşavirəsinə əməl eyləsinlər. Məsum və qazilər və əmir Həmzə və tamam Dağıstan xalqı Gürjistandan dəşti-Qıpçaqadək Şahbal hakim Qumuqun fərmanına itaət edib tabe olsunlar. İmdi Şamxal hakim Tərxu Şahbalın silsiləsindəndir. Bu sərhədlərə ənjam verəndən sonra Dav və Avar xalqının üstünə yürüyüb, onları daxi qılınj zərbi ilə müsəlman eyləyib, qazilər və məsjidlər onlar üçün təyin edib, onları qazılara tapşırdı. İmdi Dav əhlinin paytaxtı Aquşə və Avarın şəhəri Xunzəqdır. Məjmu Dağıstan hakimlərin və qazilərin Şahbala müsəlləm eyləyib, qadağan eylədi: «hərgah bundan sonra tayfeyi-Xəzəri Dərbəndin mühasirəsinə gəlsələr və bu məzkur olan hakimlər və qazilər xəzəri tayfasının müqabilinə durub dəf eyləsinlər. Əgər Xəzəri tayfası tajirləri müamilə üçün Dərbənd şəhərinə gəlsələr şəhərin bir fərsəxində tajirləri saxlədıb müamilə xərid və füruxt eyləyib getsinlər. Əgər Dərbənd əhlindən tijarət üçün tayfeyi-Xəzəri vilayətlərinə getməli olsalar, onun malından dəhyek alsınlar. Şayəd ki, tijarəti tərk edib dursunlər. Hərgah elçi xəzəri tərəfindən gəlməli olsa elçinin gözlərin bağlayıb şəhərə gətirsinlər və yenə gözləri bağlı şəhərdən dışarı çıxarıb rəvan eyləsinlər, ta ki, xəzəri tayfəsi şəhərin əhvalındən muttəle olməsunlər».

Əlqissə, jənab Əbu Müslüm tamam Dağıstan əhlinə xaraj qoyub müqərrər eylədi ki, hər ildə ixrajat müstəmərrilərin gətirib Dərbənd hakiminə tapşırsınlar.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin