DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Zikri-münqəte şüdəni-xilafəti-bəni



Yüklə 0,98 Mb.
səhifə28/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   24   25   26   27   28   29   30   31   ...   38
Zikri-münqəte şüdəni-xilafəti-bəni

üməyyə və xəlifəşüdəni-Bəni Abbas

Tarix yüz otuz iki ildə olanda xilafət bəni Üməyyə silsiləsindən kəsilib bəni Abbas silsiləsinə yetişdikdə Əbül-Abbas xilafət taxtındə jülus edib tamam islam vilayətlərinə fərmanfərma olandan sonra Dərbənd əhlinə və onda olan mübarizlərə çox mehriban olub tayfeyi-Xəzərini qoymadı ki, Dərbənd şəhərinə qələbə eyləsinlər. Dört il səkkiz ay xilafət edib dünyadan rehlət eylədi. Tarix yüz otuz altı ildə olandan sonra Əbu Jəfər Mənsur məsnədi-xilafətdə əyləşib Yezid bin Əsədi Dərbəndin hökumətinə göndərdi. Yezid ibn Əsəd Dərbənd şəhərinə varid olandan sonra tayfeyi- Xəzəri çox ləşkər ilə sərhədlərdən keçib Dərbəndin mühasirəsinə gəlib şəhəri mühasirə eylədilər. Bir gejə hasarın dibinə ağaj və kəsməçə töküb istərdilər barudan yuxarı çıxıb şəhərə daxil olsunlar. Mübarizlər bürj-barudan ağajları gördükdə bürjdən neft töküb atəş vurdular. Axırül-əmr tayfeyi-Xəzəri şəhəri almaqdan ajiz olub mürajiət eylədilər Əbu Jəfər Mənsur Yezid ibn Əsəd hüzurə istəyib xitab eylədi: «Yə ibn Əsəd, müsəlmanları Dərbənd şəhərində Xəzəri tayfasının şərarətindən saxlamaq nejə olur?» Yezid ibn Əsəd ərz eylədi ki, «Dərbəndin həvalisində bir pare qalaça vardır, xərab olubdur. Hərgah Dərbəndin həvalisində qalaçalar və qəryələr bina olub xəlaiq ilə dolu olsa, mühafizəti-Dərbənd asan olur». Xəlifeyi-Zəman fərman eylədi ki, qalalar və qəryələr təmir və köhnə qalaları abad eyləsinlər. Qala Süvar və qala Mətai və Kəmaxi və Süfnan qalasını ki, indi Çərkəz derlər və Dərvaqı və Yersini və Həmidini abad edib yeddi min ev Şam və Jəzirə və Mosul tayfasından köçürüb məzkur olan qalalarda və kəndlərdə sakin eylədi. Yezid ibn Əsədə qadağan eylədi ki, sərhədlərdən, xüsusən Qalasüvarda hər gün min adam qaravul təyin edərsən və yenə Yezidiyyə adlı və Sərməkiyə adlı qala təmir edib öz qəbiləsindən gətirib qalalarda sakin eylədi. Müqatir və Məhraqəni daxi abad edib tamamın qoşun ilə doldurub Dərbəndi fəraqət ilə saxladı. Daxi Xəzəri tayfası Qoysudan bu tərəfə keçmədi.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin