DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə30/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   26   27   28   29   30   31   32   33   ...   38
Zikri-bexəşedəni-mədəni-nəmək

bemübarizani-Dərbənd
Tarix iki yüz yetmiş ildə olanda xəlifeyi-Bağdad fərman yazıb Dərbənd əhlinə göndərmiş idi ki, Muhəmməd ibn Əmmari neft və duz üstə təhvildar qılıb hər il neft və nəmək mədənlərinin mədaxillərin jəm edub mübarizlərə təqsim edirdi. Belə rəvayət olunubdur ki, iki yüz doqsan ildə Haşim adlı Dərbəndin hükumətinə müqərrər olunub Dərbənd əhlinin məjmu və zeyfələrin və neft və duz mədaxillərin və kəndlərdən hasil olan mənafelərin qət eyləyib özinə zəbt eylədi. Dərbənd əhli naçar qalıb tijarət və kəsəbə məşğul oldular. Dərbənd arasındə fisq və füjur işlər peyda olunub, Xəzəri tayfası Dərbənd şəhərinin mühasirəsinə gəlub çox səy və kuşiş eylədilər, şəhəri zəbt edə bilmədilər. Axırül-əmr sərhədlərdə olan mübarizlər xarijdən və şəhərdə olan mübarizlər şəhərdən Xəzəri tayfasına həmlələr edib güriza eylədilər. Tarix üç yüz iyirmi ildə islam vilayətlərində inqilablıq düşüb, Dərbənd şəhəri nizamdan düşüb, hərj və mərj, fitnə və fəsadlar zühura gəldi. Axırül-Əmr Dərbənd şəhəri və Dərbəndin həvalisində olan sərhədlər və Dərbəndə tabe olan kəndlər və qalalar Dərbənd əhlinə düşmən oldular. Dağıstan əmirləri hər birisi öz ixtiyarı ilə sərxod olub bir-birilə jəng və münaziə edib gün-gündən ruzigari-namüvafiq Dərbənd şəhərini hər beş gündə bir hakimə mütəəlliq eylədi. Ta ki, xanlar və sultanlar Dərbənd şəhərinə mütəsərrif və malik oldular.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin