DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Zikri-Firistadəni-Vəlid ibni Əbdülməlik



Yüklə 0,98 Mb.
səhifə32/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   28   29   30   31   32   33   34   35   ...   38
Zikri-Firistadəni-Vəlid ibni Əbdülməlik

qoşun betərəfi-Dərbənd
Tarix kitablarında məsturdur ki, hijrətin altmış dördünjü ilində vəliəhd Əbdülməlik oğluna xəbər yetişdi ki, tayfeyi-Xəzəri gəlib Dərbənd şəhərinə qalib oldu və islam vilayətlərini qətl və qarət edirlər. Öz qardaşı Müslüm adlıya buyurdı ki, qırx min mübarizi-rəzm keçmiş Şam güruhundan mükəmməl və müsəlləh jəm edib çox xəzinə və tədarükat ilə Dərbənd şəhərinə gedib, tamam sərhədləri və qalaçaları zəbt edib, Rubas kənarına yetişib durdu. Amma Dərbənd şəhərində üç min nəfər Xəzəri tayfasından Narın qalanı saxlamaq var idi. İslam ləşkəri Rubasdan köçüb Dərbəndi mühasirə eyləyib dəva eylədilər. Üç ay qalabəndlik olub, heç tərəfdən qaladakı qoşuna kömək gəlmədi. Şəhəri almaqdan ajiz olub, istədi mürajiət etsin. Nagah gejə bir nəfər gürd ilə şəhərdən çıxıb jənabi-Müslüm yanına gəlib dedi ki, hərgah Xəzəri tayfasının qənimət malından mənə versələr, mən qalanı almağa kömək eylərəm. Müslüm əhd eylədi ki, nə qədər mal tələb eylərsən ənam qılıram.

Əlqissə, Müslüm altı min mübariz Əbdüləziz və Kazım Bahilinin sərkərdəliyi ilə jasusa qoşub qalaya köməyə əmr eylədi. Jasusi-məzkur Dərvaq tərəfində olan qapıdan ki yer altında var idi gejə nəqbdən ol qapıdan Narın qalaya daxil oldu. Sübhgahdan tayfeyi-Xəzəri xəbərdar olub qalanın içində jəng və müharibə eylədi. Jənabi-Müslüm dışarıda olan səngərləri bürjə yetirib Narın qala içinə daxil oldu. Tamam Xəzəri tayfasını qətl və əsir eylədilər. Çox əsbab və qənimət zəbt eyləyib mübarizlərə bağışladı. Jənabi-Müslüm əyani-dövlət ilə məşvərət eylədi ki, əgər bir qədər qoşun bu qalada qoyub biz mürajiət etsək, tayfeyi-Xəzəri yenə gəlib Dərbəndi təsərrüf edərlər və qaravul qoyulan mübarizləri qətlə yetirib heç kəs onlara kömək edə bilməz. Səlah oldur ki, Narın qalanın bürj hasarın xərab edib müavidət edək. Əbdüləziz Bahili dedi ki, bu fikr səlah deyil. Zira ki, tayfeyi-Xəzəri yenə gəlib qalanı təmir edib durər, dəxi qalanı almaq məqdur olmaz. Hər il vilayəti-Azərbayjan və İraqı qarət edərlər. Bu əmr jənabi-Müslümə xoş gəlib buyurdu, qalanın bürj və baruların xarab edib və Əbdüləziz Gənjə və Şirvan viyalətinə amir olub saxladı və hər il Müskuri və Şirvan sərhədlərindən keçib İraq və Azərbayjanı qətl və qarət edib gedərlərdi. Tarixi-hijrət yetmişinji il olanda jənabi-Müslümə xəbər yetişdi ki, tayfeyi-Xəzəri Narın qala Dərbəndə daxil olub, islam sərhədlərində qətl və qarət edirlər. Yenə qırx min mübariz ilə Dərbənd şəhərinə gəlib, qalanı alıb, təzədən büruj və hasarın tamir edib imarətlər və anbarlar bina eylədi. Beş min mübariz qalada qoyub özü Şam tərəfinə getdi. Hijrətin yetmiş üçündə əyani-dövlət Vəlid ibn Əbdülməliki xilafətdən əzl edib qardaşı Əbdülməlik Mərvanı məsnədi-xilafətdə paydar eylədilər. Xəlifeyi-Şama xəbər yetişdi ki, Dərbənd şəhərində qalan mübarizlər mühasirədə qalıb tayfeyi-Xəzəri Narın qala tərəfdən keçib Azərbayjana və həm Dağıstandan keçib Rum sərhədlərinə qətl və qarət edərlər.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin