DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Hüşşam ibn Əbdülməlikin göstərişilə Səid ibn Öməri



Yüklə 0,98 Mb.
səhifə7/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   2   3   4   5   6   7   8   9   10   ...   38
Hüşşam ibn Əbdülməlikin göstərişilə Səid ibn Öməri

Azərbayjana göndərməsi haqqında
Hüşşam ibn Əbdülməlik Səid ibn Öməri hüzura çağırıb dedi ki, Jərrah ibn Abdulla və islam ləşkərinə belə bir müsibət üz veribdir. Gərəkdir tədarüki-səfər edib, qoşunla varıb, Jərrahın intiqamın xəzərlilərdən alasan. Deyib öz əli ilə ələm bağlayıb, yüz min ağça, otuz min ləşkər Səid ibn Ömərin ixtiyarına ver­dikdə Səid Azərbayjan tərəfə yola düşdü. Gəlib Ərdəbilə varid oldular. Jərrahın qoşunundan qalan əsgərlər onu qarşılayıb, Jər­rahın və ləşkərin başına gələn əhvalatı ona söylədilər. Səid çox təəssüfləndi. Mal və silahdan onlara verib, onları da özü ilə gö­türüb İxlat şəhərinə tərəf yolu düşdülər. O şəhərdə Xəzər tayfa­sından adamlar var idi. Onları mühasirə alıb, vuruşub onları məğlub etdilər. Əldə etdikləri mal və qənimətləri islam əsgərləri arasında payladılar. Oradan yola düşüb, yolda olan şəhər və qa­laları fəth edərək Bərdə şəhərinə varid oldular.

Səid Bərdə jamaatını çağırıb, dedi:

- Ey müsəlmanlar, biz uzaq yoldan gəlib qatı olan düşmən üzə­rinə gedirik. Kimin imkanı varsa mal və silahdan qoşun fə­ğirlərinə kömək göstərsin. Onlar dəxi imkan daxilində azuğə və zəxirələrindən islam qoşununa yardım etdilər. Səid oradan köçüb Beyləqan çölünə gəlib, orada ordu qurdu.

O əsnada bir nəfər kimsənə gəlib Səidə şikayət eylədi kim, mən fağırın birisiyəm. Xaqanın oğlu Barxik Jərrahı məğlub et­dik­dən sonra Tərxanilər tayfasından bir kimsə gəlib mənim qız­la­rımı əsir aparıb, bu yaxın kəndlərin birindədir. Sizin gəlişiniz­dən xəbəri yoxdur. Gejə-gündüz sərxoşluqla güzəran keçirir. Mənə kömək edib bəlkə Allah-taalanın yardımı ilə qızlarımı əsir­likdən azad edəm.

Pəs Səid ibn Əbdülməlik öz adamlarından Müslüm oğlunu yanına çağırıb, bir neçə adamla həmin adama qoşdu. Onlar yola düşdülər. Onlar gəlib özlərini Tərxaninin evinə çatdırdılar. Gör­dü­lər kim, Tərxani məst və sərxoş yatıbdır. Qızlar isə onun ətra­fında əyləşiblər. Pəs onu yuxladığı yerdə öldürüb, qızları atasına tapşırdılar. Ol kənddə olan xəzərliləri öldürüb, mal və qənimət­lərin alıb, Səidin hüzuruna vardılar.

Bu əsnada Səidə xəbər verdilər kim, Barxik ibn Xaqan Vərqa şəhərini mühasirə edib, şəhərin ətrafında ordu qoyub, əyləşibdir. Səid Məzdək adlı bir kimsənəni ki, xəzərliləri yaxşı tanıyırdı, çağırıb buyurdu kim, gedib Vərqa şəhərində mühasirədə qalan müsəlmanları bizim gəlməyimizdən xəbərdar etsin. Tapşırdı ki, onlara desin ki, qalanı qorusunlar, düşmənə verməsinlər.

Pəs Məzdək atına minib, varıb şəhərin yaxınlığında avazi-bülənd ilə çağırıb dedi:

- Ey müsəlmanlar, mən beyləqanlı Məzdəyəm. Bəşarət olsun sizə kim, Səid ibn Ömər çoxlu qoşun ilə sizin köməyinizə gəlir. Hasarı mühafizət qılın. Kişilər və qadınlar bu səsi eşitjək təkbir sədasın göyə qaldırıb sürur və nişat etdilər. Xəzərlilərdən bir ne­çəsi Məzdəyi təqib edərək onu qətlə yetirdilər. Səid öz qoşunu ilə gəlirdi. Gəlib Vərqanın yaxınlığına yetişdi. Buyurdu atəş yaxdı­lar. Tütün havaya qalxdıqda hasar xalqı görüb, sevindilər. Xəzər tayfası bu vəziyyəti görjək yerlərindən qalxıb Plasxana tərəf get­dilər.

Vərqin jamaatı müsəlmanlara çoxlu azuğə və ülufə verib, iki min silahlı da ərəblərin qoşununa mülhəq olub xəzərlilərin arxa­sınja getdilər. Xəzərlilər oradan qalxıb Ərdəbil nahiyəsinə qaç­dılar. Səid Əhranə varid olduğu əsnada bir kimsə gəlib Səidə dedi:

- Ey əmir, altı mindən artıq olan xəzərlilər Jərrahın qoşunun­dan ələ keçən əsirlərlə birlikdə bu yaxınlıqdadırlar. Əgər onlara hüjum etmək istəyirsinizsə, fürsəti əldən verməyin.

Pəs Səid münadilərə nida etdirdi. Ol saat qoşun hazır olub, özü dəxi süvar oldu. Xəzərlilərin dilini bilən İbrahim ibn Asi adlı bir kimsənəni əvvəljədən jasusluğa göndərdi. İbrahim xəzər­lilərin paltarını geyib, gejə vaxtı gəlib ordu arasında dolanırdı. Gördü bir nəfər Tərxanlı Jərrah qoşunundan əsir düşmüş bir kənizi injidir. İstəyir ona təjavüz etsin. Ol kəniz isə ağlayır, ona yaxın düşməsinə imkan vermirdi. Bu səda İbrahimin qulağına yetişdikdə istədi varıb ol Tərxanlını öldürüb, kənizi azad etsin. Fikirləşdi əgər bu işi görsə, onu tutub öldürərlər və Səid mura­dına yetməz.

Pəs İbrahim qayıdıb xəzərlilərin vəziyyətini Səidə xəbər ver­di. Səid dərhal əskərlərini dörd dəstəyə bölüşdürüb və dörd tərəf­dən gejə yarı qəflətən xəzərlilərin üstünə hüjum edib, çoxunu qılınjdan keçirdilər. Bu döyüş günəş batanadək davam etdi. Janını qurtaranlar gəlib əhvalatı Barxikə danışdılar. Səid əsirləri onların əlindən azad və çoxlu qənimət əldə etdi. Səid Əhrana əzimət edib, hələ dinjliyini almamış, xəbər gəldi ki, xəzərlilər böyük dəstə ilə onların üzərinə gəlir. Jərrah ibn Abdullanın hə­rəmı də onların arasındadır. Öz məmləkətlərinə gedirlər. Səid on­ların arxasınja gedib, onlara hüjum etdilər. Bir çoxlarını qətlə yetirdilər. Əsirləri əllərindən xilas edib, qənimətlərin zəbt və ta­raj qıldılar.

Bu əsnada xəbər gətirdilər ki, Barxik ibn Xaqan qırx min ləşkər ilə Qafqaz şəhərlərin zəbt edərək üzərinizə gəlir. Pəs Səid tələsik yerindən qalxıb Barxikin müqabiləsinə əzimət etdi. Gəlib onunla üz-üzə dayandı. Hər iki tərəfdən səflər və alaylar təyin olunub, bir-birinə həmlə və hüjuma başladılar.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin