Fəsil
Hijri tarixi ilə 320 ilində Dərbənd hakimi Məhəmməd ibn Haşim nam idi. O, adil və saleh kimsənə olub, ədalət və təqva birlə xalq ilə rəftar edib, on ay hökumətdən sonra vəfat etmişdir. Ondan sonra Dərbənd vilayətinə inqilab düşüb, Dərbənd şəhərinin nizam-intizamı bərhəm olub, həre-mərj, fitnə və fəsadlar aralarında zuhura gəlib, nəhayət Dərbənd şəhərinin həvalisinda olan sərhəd və kəndlər əhalisi və Dərbəndə tabe olan qalalar və qəsəbələr əhalisi Dərbənd əhlinə düşmən və yaği olub, Dağıstan əmirləri dəxi hər biri öz ixtiyarları sərxüd olub, bir-birilə jəng və münaizəyə başladılar.
Pəs gün-gündən ruzigari-namüvafiq Dərbənd şəhərini hər beş gündə bir kimsəyə mütəəlliq elədi. Ta ki, xanlar və sultanlar Dərbənd şəhərinə malik və mütəsəərif oldular.
Hijrəti-nəbəvi tarixinin 430-ju ilində Dərbənd hakimi Əbdülməlik ibn Meymun ibn Mənsur idi. Amma Dərbənd xalqına əmin və sərəsgər Əqləbüs-Səliminin övladından idi ki, şimdi mərqədi dağ ətəyində böyük dərənin qırağında olan hasar içindədir.
Dostları ilə paylaş: |