DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Dər zikri-amədəni-Əbu Ubeydə Jərrahi



Yüklə 0,98 Mb.
səhifə25/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   21   22   23   24   25   26   27   28   ...   38
Dər zikri-amədəni-Əbu Ubeydə Jərrahi

bebabül-əbvab Dərbənd
Tarix yüz üçünjü ildə olanda Əbdülməlik Mərvan Abdullah Bahilini Rum sərhədlərinin himayətinə və Əbu Ubeydə Jərrahini altı min mübariz ilə Dərbənd şəhərində olan qoşunun köməyinə buyurub, Əbu Ubeydə Jərrahi mənzil bəmənzil qəti-mərahil edib Şirvana yetişdi. Paşa Xaqani-Çin oğlu islam ləşkərinin gəlməyin eşidib öz ləşkərilə Qaya kəndinə gəldi. Əbu Ubeydə Şirvandan keçib Müskurdə olan qalalara gəldi və tamam qalaların qoşunların alıb Rubas qırağında Tabarsaran və Qara Qeytaq üməraları ilə ki, islam dininə daxil olmamışdılar mülaqat edib buyurdu ki, mən Ərəbistan vilayətindən gəlmişəm. Xəzəri tayfəsilə jəng etməyə. Gərəkdir siz daxi mənə kömək edəsiz. Sübbas adlı ki, ləkzilərin böyügyü-rəyisi idi, gizli səhər paşanın yanına xəbər göndərdi ki, Əbu Ubeydə Jərrahi altı min Şam ləşkəri və bu ətrafın qoşunları ilə sizin üstünüzə gəlir. Əbu Ubeydə Jərrahi bu xəbəri eşidəndən sonra öz ləşkərinə buyurdular ki, üç günün xörəyin hazır eylədilər. Ol gejə məşəllər işığilə Rubasdan köçüb Dərbəndin darvazasından girib Qırxlar qapıdan çıxıb Aveyin bulağında düşüb iki min atlı mübariz Qara Qeytağa və iki min atlı Yersi və Düyük və Zil və Dərvaq və Həmidi və Kəmaxi və Çardə güruhunu qətl və qarət etməyə müqərrir eyləyib buyurdu ki, gün tülu etməmişdən irəli mənim yanımda hazır olasız. Ol dört min atlı ol gejə Qara Qeytaq və Tabarsaran kəndlərinə şəbixun salıb sübhün tüluində on iki min mal və qoyun və iki min tuman qızıl və gümüş və yeddi yüz əsir Qara Qeytaqdan gətirdilər. Qırx min at və qoyun və mal və küllü nəqd və əsbab və iki min əsir Tabasaran kəndlərindən gətirdilər. Tamam qənimətləri mübarizlərə təqsim eylədi. Şahzadə Paşa bu xəbəri eşidəndən sonra öz ləşkərilə Qaya kəndindən köçüb Dərvaq çayının qırağında durmuşdu. Əbu Ubeydə Jərrahi özünün səflərin rast edib dəva Ələmin rast və təbli-jənglər döyüb hər iki tərəfdən dəstələr bir-birinə həmlələr aparıb qılınj və nizeyi-jansitan ilə çox mübarizlər iki tərəfdən məjruh və məqtul olub sər əsgəri-tayfeyi-Xəzəri tabi-müqavimət gətirməyib tamam əsbab əsasiyəsin qoyub İnji qalasına fərar eylədilər. Ol gün yeddi min adam xəzəri tayfasından və iki min mübariz islamdan meydanda qətlə yetişdi.

Əlqissə, İnji qalasında qaravullar qoyub, Bəlx qalasına gedib, Bəlx və Sürxab və Ulu Majar və Kiçi Majar və tatar qalalarının hakimlərinə qadağan eylədi ki, məjmu qalaların hakimləri Əhranın hakimi Gülbaxın fərmanına tabe olub islam ləşkərin bu ətrafa gəlməyə qoymayasız. Paşa öz paytaxtına ki, Ədil çayının qırağındadır gedib durdu. Əbu Ubeydə Jərrahi öz əsgərini Qaya kəndi qalasında münəqid edib, Tərxu qalasına getdi. Tərxu xalqı amana gəlib müsəlman oldular. Tərxu çərisin alıb İnji şəhərinin bərabərində çadırlar qurub, iqamət eylədi. İnji qalası çox möhkəm və üstüvar qala idi. Bir tərəfi dərya və bir tərəfi dağ. Hər jəhətdən bir şeyə hajətləri yox idi. Onların hakimi darvazaları bağlayıb jəngə durdular. Heç vəjhilə şəhəri almaq mümkün olmadı. Axırüləmr on iki min mübariz arabalar yürüdüb, darvazaları sındırıb qalaya daxil oldular. Qala xalqı itaət fərmanını boyunlarına alıb müsəlman oldular. Qalanın hakimi Narın qalada gizlənib gejə öz əyanları ilə Keyvan qalasına qaçıb getdi. Əbu Ubeydə Jərrami ol hakimin mal qənimətin alıb Dərbəndə gəldi. Dərbənd şəhərində qoşun qoyub Şam tərəfinə mürajiət eylədi.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin