Ömər ibn Xəttabın göstərişilə
Səmmak idn Hirsəni Azərbayjana
və Bakiri Babül-əbvaba göndərməsi
Hijri tarixi ilə iyirmi ikinji ildə Ömər ibn Xəttab Nəim ibn Məğərni Həmədan, Qürğan, Rey və Təbəristan fəthinə rəvanə qılmışdı. Ol vaxtda Ömər ibn Xəttaba xəbər yetişdi ki, Xəzər tayfası gəlib Dərbəndi zəbt edib, keçib Fars və Azərbayjan vilayətlərinə qətl və qarət edirlər. Pəs Ömər namə Nəimə yazıb fərman eylədi ki, Azərbayjan sərhədlərinə və həm Babül-əbvab Dərbənd janiblərinə qoşun göndərib ol vilayətləri Xəzər tayfasından pak və xali etsin.
Namə Nəim ibn Məğərnə vüsul olduqda dərhal Səmmak Hirsə oğlunu Azərbayjan fəthinə və İsmə adlı şəxsi Azərbayjan tərəfindən və Bəkir adlı şəxsi dəxi bir tərəfdən Dərbəndə rəvanə eylədi.
Bəkir Dərbəndə tərəf yola düşdü. İlk Bəkirin qarşısına çıxan İsfəndiyar adlı bir məlik oldu. Bəkir birinji hərbdə onun ləşkərini həzimət və özün əsir eylədi.
İsfəndyar dedi:
- Əgər istərsən Azərbayjan vilayətlərini asanlıqla fəth edəsən, gərək məni qətl etməyib, yanınja aparasan ki, hər yerdə məni görsələr bihərb və qital itaətə gəlirlər.
Pəs Bəkir İsfəndiyarı özü ilə götürüb apardı. Hər yerə çatdıqda müqəddəm ləşkəri-Bəkirdə İsfəndiyarı gördükdə, jümləsi itaətə gəlirdi. Bu vəjh ilə Azərbayjan vilayətlərini asanlıqla fəth və zəbt eylədi. Xəzər tayfası ol nahiyələrdən həzimət və rəmidə qılıb, fəthnamə Ömər ibn Xəttabə yazıb, Dərbəndə tərəf getməyə izn istədi.
Ömər ona dəstur verdikdə Bəkir öz qardaşını Azərbayjanda xəlifə nəsb edib Dərbəndə tərəf yola düşdü.
Ömər Bəkirə ijazə verdi ki, Dərbənd tərəfinə getsin. Eyni zamanda bilirdi ki, ona kömək lazımdır. Pəs dərhal Sirağə Ömər oğluna ki, Bəsrədə hakim idi – namə yazıb, əmr eylədi ki, Bəkir Dərbənddə Xəzər tayfası ilə jəngə gedir, gərəkdir məğdur olan kimi ləşkər götürüb Bəkirin köməyinə gedəsən. Pəs Sirağə ibn Ömər Əbdürrəhman ibn Rəbiə, Xəzifə ibn Əsədi Əhvaz yolu ilə özü ilə götürüb Dərbəndə tərəfə yola düşdü. Həbib adlı bir şəxsi də Ömər ibn Xəttabın əmri ilə Jəzirə yolu ilə Dərbənd tərəfinə Bəkirin köməyinə göndərdi.
Pəs bir tərəfdən Sirağə Ömər oğlu, digər tərəfdən Həbib Dərbənd səmtinə əzm qıldıqda, bunlar daxil olduqları şəhərləri öz itaətinə tabe edirdilər. Xəzər tayfasına isə geri çəkilməyə və qaçmağa məjbur etdilər.
Sirağə ibn Ömər və Əbdürrəhman müqəddəmeyi-ləşkər qılıb rəvanə eylədi. Şəhrəbraz adlı bir məlik qabağa gəlib sülh eylədi. Belə ki, jəziyyət versin.
Sirağə dedi:
- Mən iki düşmən üzərinə iqdam edirəm. Biri Xəzər, o biri rus ola. Mənə jəziyyət lazımdır ki, onların jənginə varam.
Pəs bu jəziyyət onlara sünnət olub qaldı. Ona görə ki, müsəlmanları Xəzər tayfasının qələbəsindən mühafizət edirdilər.
Bu rəsm indi də Mavəraənnəhrdə qalıbdır.
Pəs Xəzər tayfası ol nahiyələrdən çıxartılıb və Babül-əbvab Dərbəndə aid olan şəhərlər və qalalar ki, Xəzər tayfasının əlinə keçmişdi, tamamən sülh eylədilər.
Sirağə Ömər ibn Xəttabə fəthnamə yazdı. Ömər çox şad oldu. sirağə ol əsnada vəfat edib, yerində Əbdürrəhman Rəbiə oğlunu xəlifə nəsb edib, ləşkərin ixtiyarın ona tapşırdı.
Əbdürrəhman dedi:
- Ey Şəhrəbraz, mən iradə eyləmişəm gedib qalan şəhərlərdən də Xəzərləri çıxarıb əhalisini müsəlman edəm. Ol tərəfdə şəhri-Alan və rus və Xəzər dedikləri tayfalar vardır, varıb onlar ilə jəng edəm.
Pəs oradan qoşunların götürüb livayi-əzimətin Dərbənd tərəfinə. Əsnayi-rahda olan qalalar və şəhərlərdə jəng edərək Xəzərləri hər yerdə həzimət edərək ol qala və şəhərlərin əhlini müsəlman edərək, gəlib Babül-əbvab Dərbəndə varid və içində olan Xəzər tayfası qaçmağa üz qoyub, pərakəndə oldular. Əbdürrəhman Ömər ibn Xəttabın xilafəti günlərində Dərbənddə hakim idi. Osmanın xilafəti zamanında orada vəfat etdi.
Əbdürrəhmanın yanında olan adamlardan biri fəthnamə ilə Ömər ibn Xəttabın hüzuruna vardıqda, Ömər xəbər aldı ki, siz Babül-əbvab Dərbəndə nə növ ilə getdiniz? Deyirlər ol sərzəmində uja dağlar var, dərin dərələr vardır, əzim meşələr vardır. Ol kişi javab verdi ki, ol şəhərlərdə bir tayfa var idi ki, adına Xəzərlər deyirdilər. Bizi gördükdə dedilər ki, bu sərzəminə heç vaxt ləşkər gəlməyib, adəmlərdən başqa. Məgər siz asimanın firiştələrisiz? Biz dedik ki, biz insanlarız. Lakin aramızda göylərin firiştələri də vardır ki, bizə kömək edirlər. Buna görə düşmənlərimizə qalib gəlirik. Onlar qorxudan dəvaya iqdam etmədilər. Birisi imtahan üçün bir ağajın dalında durub, bir ox atıb, bizdən bir adamı öldürdükdə gördülər ki, biz də qətl oluruz, səma mələkləri deyiliz. Sonra bizimlə müqatilə eylədilər. Onları həzimət qıldıq və ol sərzəmindən qovub, pərakəndə qıldıq.
Dostları ilə paylaş: |