münqəte olması haqqında Tarixi-hijrəti-nəbəvidən iki yüz doxsan il keçdikdə füturat və müxalifat Haşimiyyə beynində vaqe olub, xarijilər hər biri bir şəhərə malik və xilifələrə itaət etməyib, Dərbənd əhalisinin vəqayif və vəzayiflərin qəsb, neft və nəmək mədaxillərin zəbt və sərf qıldılar. Əhaliyi-Dərbənd zalımlar zülmünə giriftar olub, xüləfayi-zaman əhval və övzayi-vilayata nizam və təmşiyyət verməkdən ajiz və dərmandə qaldıqda Dərbənd əhalisi naçarlıqdan tijarətə məşğul oldular. Və qeyri-sənaye kəsbinə mütəvəjjih olub, Dərbənd arasında fəsq və füjur zuhura yetdi. Bu qəziyyədən Xəzər tayfası ittila olujaq gəlib Dərbənd şəhərini mühasirə etdilər. Müharibə başladı. Şəhəri zəbt etməyə səy qıldılar. Heç növbə şəhəri almaq mümkün olmayıb, axirüləmə sərhədlərdə olan mübarizlər xarijdən və şəhərdə olan mühafizlər şəhərdən Xəzər tayfasına həmlə qılıb, Xəzər tayfasını həzimət qıldılar. Ol zamanda Dərbənd hakimi Məhəmməd ibn Haşim ibn Siraqə idi.