olunması haqqında
Hijri tarixi ilə 160-jı ildə xəlifənin əmri ilə Dərbənddə bir böyük imarət bina qıldılar. Ətraf və əknafdan yığılan xərajın onda biri buraya toplanırdı. Həmin gəliri döyüşçülər arasında bölüşdürürdülər. Bu qayda və qanun uzun müddət qüvvədə idi. Dərbənd hakimləri xalq ilə çox ədalətli dolanır və şəhəri-mühafizə edirdilər. Jivən ibn Nəjm xəlifə tərəfindən Dərbəndə hakim təyin olunandan sonra vəziyyət dəyişdi. Şəhərin bürjlərini, hasarı möhkəm gördükdə xalqa əzab-əziyyət verməyə başladı. Gününü əyyaşlıqla keçirməyə başladı. Xalqın həyatından və güzəranından xəbərsiz idi. Dərbənd əhalisi məjburiyyət qarşısında qalıb şəhəri tərk etməyə başladılar. Bu əhvalatı Bağdad xəlifəsi Harun ər-Rəşid eşitdikdə dərhal Rəbiə Bahilini Dərbənd hakimi təyin edib, Jivən ibn Həjmin həbs olunması əmrini verdi. Rəbiə Bahili Dərbəndə gələrək dərhal Jivən ibn Həjmi tutub, ayaqlarına qandal boynuna isə düşaxə vuraraq xəlifə hüzuruna göndərdi. Jivənin atası da xəyanət üstündə Bərdədə həbs olunmuşdu.
Xəzimə ibn Jaziminin Dərbəndə hakim təyin
olunması haqqında
Hijri tarixi ilə 173-jü ildə Bağdad xəlifəsi Harun ər-Rəşid Xəzimə ibn Jazimini on min qoşun ilə Dərbənd şəhərinə məmur təyin etdi. Xəzimə şəhərə gələndə şəhərin xarab olmuş bürj və baruların təmir və abadan eylədi. Bir rəvayətə görə bir neçə vaxtdan sonra Harun ər-Rəşid özü Dərbəndə gəlib, bəzi işlərə ənjam verəndən sonra Rubas tərəfindən bir yaxşı bənd bağlayıb şəhərin kənarına su gətirib, bağlar və bostanlar və əkinlər qərar verdi. Onların mədaxil və mənfəətlərin arx imarətinə sərf etməyə fərman eylədi. Dərbənd əhli dəyirman haqqı verməsin deyib, buyurdu. Hər məhəllədə məsjidlər və anbarlar məmur və abadan eylədi. Harun ər-Rəşid yeddi ay Dərbənddə durub qayıdan vaxt Dərbənd əhlini yığıb, tövsiyələr, dildarlıq onlara verib, Bağdada tərəf yola düşdü.
Həfsə ibn Əmrin Babül-əbvab Dərbəndə hakim
təyin olunması haqqında
Hijri tarixilə 180-ji ilində xəlifə Harun ər-Rəşidin əmri ilə Həfsə ibn Əmr Dərbəndə hakim təyin olundu.
Xəlifə onu hakim təyin edəndə demişdir: Mən səni Dərbəndə hakim təyin edirəm o şərtlə ki, Allahdan qorxasan. Jümə namazını Jame məsjidində qılasan. Məşvərətsiz iş tutmayasan. Xalq ilə ədalətli və səbirli rəftar edəsən. Dərbəndin ixtiyarını sənə tapşırıram. Əgər səndən xəyanət sadir olsa, ya müharibədə ajizlik göstərsən Dərbənd əhalisi səni hakimiyyətdən uzaqlaşdırmağa muxtar qılıb, Əbdülməliki üzərinə nazir təyin edirəm. Sərəsgərlik və daruğəliyi ona müsəlləm qıldım ki, inanılmış adamlarımdandır.
Tarix kitablarında yazılıbdır ki, hal-hazırda Dərbəndin şimalında olan Qırxlar adlı qapının qarşısında bir kiçik hasar vardır ki, şimdi Namazgah deyilir. Harun ər-Rəşidin iki oğlu həmin hasarın içində dəfn olunmuşdur.
Hijri tarixi ilə 190-jı ilində Məsğət bəyləri vəfat edib, Dərbənd əhli xəlifə Harun ər-Rəşidin əmri ilə 23 il xilafət edib……..
Hijri tarixi ilə 260-jı ildə Ham ibn Məhəmməd Şirvani xəlifənin əmri ilə Dərbəndi Haşım ibn Misərdən alıb, təmir etdirmişdir. Dərbənddə böyük bir imarət bina etdirdi ki, özlərindən alınan üşr və hibəni orada toplayıb, ehtiyaj olanda Dərbənd əhalisinə bölürdü. Şirvandan çoxlu bağlar və əkin yerləri Dərbənd əhalisinə vəqf etmişlər. Sonra Şirvan bəyləri həmin vəqfləri ləğv etmişlər.
Hijri 456-jı ildə Dərbənddə bir fitnə qalxıb, əmniyyət və istirahət pozulub, müharibəyə gedən kimsə qalmadı. Müxalifət günbəgün artıb, Şirvan əmirləri Dərbəndi işğal etdilər. Qayda üzrə xərajı Dərbənd əhalisindən kəsib və tərk etdilər.
Dərbənd əhalisi əlajsız qalıb, alış-verişə başladılar.
Hijri tarixi ilə 320-ji ildə Dərbənd hakimi Məhəmməd ibn Haşım idi. O, adil və saleh kimsə olub, xalqa qarşı çox ədalətli idi. On ay hökmranlıq etdikdən sonra vəfat etmişdir. Ondan sonra Dərbənd vilayətinə inqilab düşüb, şəhərin nizam-intizamı pozuldu. Hərj-mərj, fitnə-fəsad hər yanı bürüdü. Ətrafda yaşayan xalqlar Dərbəndə tabe olmayıb, üz döndərdilər. Dağıstan əmirləri dəxi hər biri özbaşına olub, biri-birilə vuruşmağa başladılar. Dərbənd şəhərinin hakimi isə neçə gündən bir dəyişilirdi. Xanlar və sultanlar Dərbənd şəhərinə malik və mütəsərrif oldular.
Hijri tarixi ilə 430-ju ildə Dərbənd hakimi Əbdülməlik ibn Meymun ibn Mənsur idi. Amma Dərbənd xalqına əmin və sərəsgər Əğləbüssəlminin övladından idi ki, şimdi Mərğədi dağ ətəyində böyük dərənin qırağında hasar içində yerləşir.
Tarix kitablarında Qırxlar həvalisində üç yüz şəhidin dəfn olunması barədə qeyd vardır. Yetmiş səkkiz şəhid yenə Dərbənd həvalisində dəfn olunmuşdur. Qazilərin süpəhsaları, Düldülün qədəmgahı, aşiqlərin abçəkan daşı, Abçəkan Dərbənd şəhərinin yaxınlığında, Qiblə tərəfində, yol kənarında bir bulaqdır ki, Daşdan süzülür. Hal-hazırda da mövjuddur. Əvvəl ol yerdə məsjid olub, daşdan süzülən suyun aşiqləri isə daim ol məsjiddə ibadətə məşqul olurdular. Sonra düşmən müharibəsində qətlə yetirilmişlər. Sultan Tirtufan, Sultan Pirnəzər, Sultan Mövlana Zahid, Sulltan Piryağub, Sultan Hajı Şəmsəddin, Sultan İmadəddin Təbrizi, Sultan Pirqey Bəvvab, Dərvazeyi-Qeydnam, Babüd-dəm; Baban bürji-Rəsul, həft Övliyayi-Allah Qırxlar həvalisində mədfundur. Sultan Pir Abdulla, Sultan Pir Yəhya, Sultan Pir Ömər Kasagər, Sultan Pir Həşim Müjavir, Qədəmgahi-Xıdır, Sultan Pir Musa, Sultan Pirməhəmməd Eyni, Sultan Pirməhəməd Pərəndə, Sultan Pirmurad Baxış, Sultan Pirhüseyn Nalbənd.
Darvazeyi-qazilər (Babül-həməs) Sultan Piryusif, Sultan Pirnəbi Xarkeş, Sultan Murad Rumi, Sultan Hajı Münin, Sultan Pirməhəmməd Sərhəng, Sultan Pirməhəmməd Hənifə, Sultan Pir Şüeybi.
İşbu bir qəbilə sahibi kimsə olub, Əbu Jəfər Mənsurun xilafəti əsrində o dövrün xəlifəsinin əmrilə Şam, Jəzayir və Mosuldan evlər köçürüb, gətirib Dərbənd həvalisində sakin etdirdi. Hal-hazırda Sultan Pir Şüeybi öz qəbiləsilə Dərbəndin Narın qalasının şimal tərəfində, şəhərin iki verstliyində kənd bina edib, orada sakin olmuşdular. Orada vəfat edib, dəfn olunmuşdur. qəbrini indi də ziyarət edirlər. Ol kənd şimdi Sabnuvə deməklə əhali arasında məşhurdur.
Sultan Çehiltənan və iki nəfər Çingiz xanın övladı ki, mərqədləri olan məkan məlum deyildir. Lakin hijri tarixilə 1266-da Dərbənd qalasının qiblə tərəfində torpaq altında iki qəbir tapıldı. Sandığında gözəl xətt ilə aydın və vazeh yazılıb:
Bu zikr olunmuş Şeyx İshaq ilə İsfəndiyar tarix üzündən sürahətə yetişib məlum oldu ki, Şirvanşahların nəslindən olub, Dərbənddə hakim olublar və davada şəhid və məqtul olublar. Sultan Baxış Dədə Qorxunju Kəbeyi-küçək.
Bir rəvayətdə Əli ibn Əbitalibin uşaqları Eynəli, Zeynəli və Sultan Pirmahmud və Sultan Pirmusa Xarəzmi və yenə yetmiş səkkiz nəfər övliyaülla Dərbənd həvalisində dəfn olunmuşdur. Sultan Pirnuri Məzarkən, Babül-Mühajir, Babi-Bəlxiya, Babi-Bəlxi, Babi-Şamian, Baba Əmir Sultan, Pirnəbi, Sultan Pirmüjri, Sultan Pirmüğar, Sultan Davud.
Mərğədi Dərbəndin qiblə tərəfində yerləşən məzaristanın Düldüli-Əli deməklə məşhur yerdə daşdan hasar içində görünür.
Yenə yeddi nəfər şəhid və Sultan Piryusif o həvalidə dəfn olunmuşdur.
Sultan Piryusif Dəməşqi abid kimsənə olub, Dərbəndin Narın qalasının qiblə tərəfində dəfn olunmuşdur. Şimdi kənd xarab olub, bulaqları indi də durur. Ol yerə Piri-Dəməşgi deyilir. Əli ibn Əbitalibin supaylayanı olan Sultan Xıdırzində kəramət sakibi kimsənə olub hijri tarixi ilə 133-jü ilində Osman ibn Əffan xilafəti dövründə İdrahim və Süleyman ibn Rəbiə Bahili Dərbənd mühasirəsinə məmur olub, Dərbəndə gəlib və bir neçə dəfə müqatilədən sonra həmin adamlar qırx nəfər mübariz ilə yəmin edib özlərin Xəzər ləşkərinə urduqda Sultan Xıdırzində dəxi ol qırx nəfər mübariz jümləsindən olub, ol müharibədə məqtul olmuş, vəsiyyəti ilə öz məsjidi içində ki, Jame məsjidinin altındakı küçədə yerləşirdi dəfn olunub və şimdi də onun məsjidi yerində bina olunmuş məsjid vardır ki, ol küçə də indi də Xıdırzində küçəsi deməklə məşhurdur.
Sultan Pirsöhbət, Sultan İbrahimin qəbirləri Dərbəndin qiblə tərəfində dağ üstündə yerləşir. Məşhur Jəlqan adlı kəndin yaxınlığında özü şəxsən bir qayanı dəlib, su çıxarıbdır ki, qayadan damjı-damjı su damır. Şimdi ona Əmjəkli Pir deyilir.
Peyğəmbərin əshabələrindən dörd nəfərin qəbri də Dərbənd şəhərinin ətrafındadır.
Ravilər nəql edirlər kim, qırx nəfər ərbabi-iffət və əshabi-ismət olan qızlar düşmən qələbə çaldığı vaxt düşmənin əlindən qaçıb, Dərbəndin şimalında Baru yaxınlığında dərə kənarında bir mağaraya girib, sonra da qaib olublar. Mağaranın əlamətləri indi də görünür. Qırx qızlar deməklə məşhurdur.
Tarix kitablarına əsasən Qırxlarda üç yüz şəhid dəfn olunmuşdur. Yenə də Dərbənd ətrafında yetmiş səkkiz şəhidin qəbri vardır. Bunlardan aşağıdakıları göstərmək olar:
Sultan Dərviş Məhəmməd Siyəhpuş
Sultan Sipəhsalar Qazilər
Sultan Pirtufan
Sultan Pirnəzər
Sultan Mövlana Zahid
Sultan Piryağub
Sultan Hajı Şəmsəddin
Sultan İmadəddin Təbrizi
Sultan Pirqaya
Sultan Piri-Dəməşqi Dərbəndin Narın qalasının qiblə tərəfində bir məbədxana bina etdirib, orada ibadət edərdi. Özü də orada dəfn olubdur. Hal-hazırda əhali Piri-Dəməşqi deyərək onun adı ilə adlandırırlar.
Əli ibn Əbitalib əleyhissalamın supaylayanı olan Sultan Xıdırzində çox kəramətli bir kimsə idi ki, Dərbənd şəhərində olurdu. Səlman və Rəbiə Bahili qırx nəfərlə and içib özlərin kafır qoşunun vurub müharibə edən vaxt Sultan Xıdırzində də onlar ilə olmuşdu. Elə həmin döyüşdə şəhid olmuşdur.
İmdi Dərbənddəki Jame məsjidinin aşağı hissəsində bir küçə onun adını daşıyır.
Sultan Pirsöhbət, Sultan Şeyx İbrahim və başqa qırx dörd nəfər övliyaların qəbirləri Dərbənddədir.
Peyğəmbər həzrətlərinin səhabələrindən olan dəllək Qütbinin dayısı və başqa dörd nəfərin və Abdulla Jərrahın qəbri Qumuq dağındadır.
İffət və ismətli olan qırx nəfər qız düşmən qələbəsində kafırlardan qaçıb Qırxlar yaxınlığında olan mağarada gizlənib və orada da qayib oldular.
İmdi ol mağara gözdən məsturdur. Ol yerə Qırx qızlar deyilir.
Dərbənd şəhərinin vəqfiyyat və nəfiyyatının
münqəte olması haqqında
Tarixi-hijrəti-nəbəvidən iki yüz doxsan il keçdikdə füturat və müxalifat Haşimiyyə beynində vaqe olub, xarijilər hər biri bir şəhərə malik və xilifələrə itaət etməyib, Dərbənd əhalisinin vəqayif və vəzayiflərin qəsb, neft və nəmək mədaxillərin zəbt və sərf qıldılar. Əhaliyi-Dərbənd zalımlar zülmünə giriftar olub, xüləfayi-zaman əhval və övzayi-vilayata nizam və təmşiyyət verməkdən ajiz və dərmandə qaldıqda Dərbənd əhalisi naçarlıqdan tijarətə məşğul oldular. Və qeyri-sənaye kəsbinə mütəvəjjih olub, Dərbənd arasında fəsq və füjur zuhura yetdi. Bu qəziyyədən Xəzər tayfası ittila olujaq gəlib Dərbənd şəhərini mühasirə etdilər. Müharibə başladı. Şəhəri zəbt etməyə səy qıldılar. Heç növbə şəhəri almaq mümkün olmayıb, axirüləmə sərhədlərdə olan mübarizlər xarijdən və şəhərdə olan mühafizlər şəhərdən Xəzər tayfasına həmlə qılıb, Xəzər tayfasını həzimət qıldılar. Ol zamanda Dərbənd hakimi Məhəmməd ibn Haşim ibn Siraqə idi.
Dostları ilə paylaş: |