1 / 2
Dərman Logistikası
Mərkəzi Avropanın bir ölkəsində yeni istehsal olunacaq dərman
Azərbaycana gətirilərək
paylanacaq. Dərmanı idxal edəcək və paylayacaq şirkət, sözügedən dərmanı istehsal edəcək
şirkət tərəfindən daha əvvəl Sumqayıtda yaradılmış əczaçılıq istehsalı və satışı şirkətidir. Bu
şirkət istehsal etdiyi və Sumqayıtdakı anbarından idxal etdiyi digər dərmanların
distribütorluğunu həyata keçirir. Ancaq Azərbaycanda sözügedən dərmanın saxlanması və
paylanması standartlarına bənzər başqa bir məhsul yoxdur. Dərman
səhiyyə müəssisələri və
apteklər vasitəsilə istehlakçıya çatdırılmalıdır və soyuq zəncir çərçivəsində bir məhsul deyil.
Bununla belə, birbaşa günəş işığına, həddindən artıq istilik və rütubətə və həddindən artıq
soyuqdan qorunmaq lazımdır.
Sözügedən dərman reseptlə satılır və onun sui-istifadəsi nəticəsində bəzi mühüm tibbi
(sağlamlıq) riskləri yarana bilər. Bu səbəbdən dərmanın logistikasında sürətlə birlikdə lazımi
təhlükəsizlik tədbirlərinin alınması ön plana çıxır. Bundan əlavə, bu növ dərmanların satın
alınması, daşınması, saxlanması və paylanması mərhələlərində
xüsusi siyasət və fəaliyyət
planlarına əməl edilməlidir. Dərmanın saxlama müddəti, geri qaytarılması və digər səbəblərə görə
bazardan geri çağırılması və utilizasiyası planlaşdırılmalı olan başqa bir prosesdir. Dərmanın raf
ömrü 12 aydır və saxlama müddətinin monitorinqinə xüsusi diqqət yetirilməlidir. Qaytarmalar
paylama kanalının müxtəlif mərhələlərində baş verə bilər.
Dərmanın Azərbaycan daxilində əczaçılıq anbarları, dövlət xəstəxanaları
və digərləri daxil
olmaqla, təxminən 300 əsas müştəriyə paylanması planlaşdırılır. Apteklərə paylama
mərhələsində ölkə üzrə 30 mindən çox aptekə çatdırılması hədəflənir.
Dərman hazır məhsul kimi xaricdən gətiriləcək və yalnız qutulara Azərbaycanda etiket
vurulacaq. 2023-cü ildə 30.000.000 ədəd satılacağı təxmin edilir və il ərzində tələbatda heç bir
dalğalanma olmayacağı proqnozlaşdırılır. Bu qutular üçün tələb olunan avro-palletlərin ümumi
sayı 15.000-dir. Dərmanlar dörd müxtəlif ölçülü qutularda istehsal olunur. Qutular bir standart
ölçülü qutuya yerləşdirilir (hündürlük: 60 sm, en: 40 sm, hündürlük: 40 sm). Daşınmada istifadə
ediləcək bir altlıq (80cmx120cm) maksimum 20 qutudan ibarət ola bilər. 2023-cü ildə dərman
satışından gözlənilən dövriyyə təxminən 70 milyon avro olacaq. Palet üzərində palet yığmaq
mümkün deyil. Bir paletin satınalma dəyərinin vahid palet məbləğinin təxminən 1% -i olacağı
nəzərdə tutulur.
2 / 2
Bu dərmanın bütün tədarükü, saxlanması və paylanması əməliyyatlarına cavabdeh bir struktur
yaratmaq lazımdır. Bu quruluşda dərmanın səbəb ola biləcəyi tibbi
problemləri nəzərə alaraq,
xüsusi təhlükəsizlik tədbirləri görülməlidir. Bu çərçivədə mövzu ilə bağlı hər ölkədə bir təşkilat
yaradılacaq və bu qurumda çalışacaq kadrlara mərkəz tərəfindən mövzu ilə bağlı təlimlər
keçiriləcək.
Bu məlumatların əsasında yuxarıdakı izahatlar çərçivəsində qurulacaq logistika strukturu ilə
bağlı aşağıdakı suallara cavab verin.
1. Qutulu dərman məhsulunun logistik xüsusiyyətlərindən 7-ni göstərin.
2. Mərkəzi Avropadan Azərbaycana dərman vasitələrin idxalı üçün
nəqliyyat vasitələrinin
növünü və marşrutunu müəyyənləşdirin. Unimodal və multimodal daşımalara görə müxtəlif
marşrutlar ola bilərmi?
3. Bütün logistika zəncirinin ehtiyata nəzarəti üçün təklifləriniz nədir?
4. Məhsulların yerləşdiriləcəyi anbarda olması lazım olan 7 xüsusiyyəti qeyd edin
5. Bu movzuda nəqliyyatla logistika arasındakı fərqi necə izah edə bilərsiniz?
6. Dərmanın paylanması üçün ən uyğun logistik model hansıdır? Səbəblərinizi bildirin
7. Logistika prinsiplərindən üçünü seçin və onları bu işə tətbiq edin
8. Bu movzuda Müştəri Xidmətləri Səviyyəsinin necə hesablanacağına dair nümunələr verin.
9. Bu movzuda hansı logistik xərclərin cəlb olunduğunu göstərin
10. Sizcə, şirkətin Azərbaycandakı logistika departamenti hansı logistik funksiyaları
yerinə
yetirməli və hansı funksiyalarda outsorsingdən istifadə edilməlidir? Səbəblərinizi bildirin.
11. Bu vəziyyətə xas olan və müştəri xidməti səviyyəsinin göstəricilərindən fərqli olan 5
performans göstəricisini bölmələri ilə birlikdə müəyyənləşdirin.
12. Yaşıl logistika çərçivəsində üç təklif verin
13. Tərsinə logistika üçün üç təklif verin