Dərs cədvəlinin təsdiq olunması barədə əmrin nümunəsi
Bakı şəhəri, _______ nömrəli tam (ümumi) orta məktəbi üzrə
Əmr
Hüquqi ünvan: Bakı ş., ___________
№___ ______20 -cı il
Məktəbin dərs cədvəlinin təsdiqi haqqında
Ümumtəhsil məktəblərinin nümunəvi Nizamnaməsinin 4.13-cü bəndinin icrasının təmin edilməsi ilə əlaqədar olaraq
əmr edirəm:
____ nömrəli tam orta məktəbin 201__-201__-ci dərs ilinin birinci yarımili üçün dərs cədvəli təsdiq edilsin (əlavə olunur).
Dərs cədvəli xüsusi ayrılmış yerdən asılsın, dərslərin cədvəl üzrə keçirilməsinə bütün müəllimlər tərəfindən ciddi riayət olunsun.
Əmrin icrasına nəzarət təlim-tərbiyə işləri üzrə direktor müavininə (________) həvalə edilsin.
Əsas: Ümumtəhsil məktəblərinin 201__-201__-ci dərs ilinə aid tədris planları, dərs bölgüsünün təsdiq edilməsi barədə Pedaqoji Şuranın _____ tarixli _____ nömrəli qərarı, Məktəb həmkarlar təşkilatının razılığı.
Məktəbin direktoru _____________________
(Adı, atasının adı, soyadı)
Dostları ilə paylaş: |