Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti
Dərs icmalı. Fakültə: Məktəbəqədər və ibtidai təhsil.
İxtisas: İbtidai sinif müəllimliyi.
Qrup: İSM-401.
Metodist: Mətanət Aslanova.
Tələbə: Əliyeva Fidan.
Mövzu: 2-ci sinif Azərbaycan dili dərsliyindən “Babanın nağılı” mövzusunun dərs icmalı.
2-ci sinif Azərbaycan dili dərsliyindən “Babanın nağılı” mövzusunun dərs icmalı
Dərsin mövzusu: Müxtəlif nağıllardan məlumatlar
Dərsin məqsədi: Şagirddə nağıllar haqqında bilikləri möhkəmləndirmək, müxtəlif nağılların məzmununu öyrətmək.
Təlim metodu: Reproduktiv
Dərsin tipi: İnduktiv.
İş forması: Fərdi və Kollektivlə iş.
İş üsulu: Müzakirə, Debat, Anlayışın çıxarılması
İnteqrasiya: Ədəbiyyat, sinifdənxaric oxu, azərbaycan dili
Resurslar: Dərslik, iş dəftəri, slayd.
Dərsin gedişi. Salamlaşma və sinfin təşkili (2 dəqiqə). Motivasiya (5 dəqiqə). Haqqında danışılan nağıllardan müxtəlif şəkillər göstərilir. Suallar verilir.
Dinləmə(2 dəqiqə). Babanın nağılı mətni dinlənilir.
Oxu (5 dəqiqə). Şagirdlər müəyyən edilmiş vaxt ərzində mətni oxuyurlar.
Tədqiqat sualı(5 dəqiqə). Hər hansı nağıldan 2-3cümlə eşitməklə onun adını müəyyən etmək olarmı?
Dinləmə (5 dəqiqə).Qırmızıpapaq nağılı dinlənilir. Onun haqqında müxtəlif suallar hazırlanır.
Fərdi iş(3dəqiqə). Dərslikdəki tapşırıqlar cavablandırılır.
Dil qaydaları. Qaydalar təkrarlanır, onlarla bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə (2 dəqiqə). Obrazlarının adına və ya hərəkətlərinə görə nağılı müəyyən etmək mümkündür.
Ev tapşırığı (1 dəqiqə). Şagirdlər kiçik hekayə yazsınlar.
Qiymətləndirmə (5 dəqiqə). Qiymətləndirmə müəllimin hazırladığı meyarlar əsasında müəyyən edilir.
Meyarlar
II Səviyyə
III Səviyyə
IV Səviyyə
Anlama
Oxuduğu mətni anlamaqda çətinlik çəkir.
Oxuduğu mətni qismən anlayır.
Oxuduğu mətni tamamilə anlayır.
Oxu
Mətni müəyyən olunmuş vaxt ərzində çox zəif (yaxud zəif) oxuyur.
Mətni müəyyən olunmuş vaxt ərzində orta (yaxud yaxşı) səviyyədə oxuyur