İCMAL
Şəki şəhər R. Əfəndiyev adına 10 №-li tam orta məktəbin
biologiya müəllimi
Nəsibova Gülnarə Məmməd qızının
Həyat bilgisindən
V-d sinfində keçrəcəyi açıq dərsin
DƏRS İCMALI
Fənn: Həyat bilgisi
Sinif: V
Mövzu: Təbiətə borcumuz
Dərsin tipi: İnduktiv
Vaxt:45 dəq.
.
Standartlar: 3.2.2.Mənəvi borcun(təbiət,ailə,cəmiyyət,dövlət qarşısında əhəmiyyətini izah edir
Dərsin məqsədi: Təbiəti çirkləndirən amilləri sadalayır.Mübarizə üsullarını araşdırır
İnteqrasiya: Həyat bilgisi,tarix,coğrafiya,biologiya,kimya,ədəbiyyat,tarix,fizika,təsviri incəsənət,musiqi
İş forması: Kiçik qruplarla iş,
Təchizat: Dərslik,şəkillər,plakatlar, İKT, iş vərəqləri,marker, yapışqan,A4 formatlı işçi
vərəqləri,kompyuter,proyektor
Üsul: Beyin həmləsi,BiBÖ,
müşahidə.müzakirə,araşdırma,təqdimat,qruplarla iş,
Ehtiyyat planı: Texnologiyadan istifadənin mümkün olmadığı şəraitdə
mövzunu vərəqələrə çıxarıb lövhədə nümayiş etmək
Dərsin mərhələləri:
Motivasiya- 7 dəq.
Tədqiqatın aparılması-8 dəq
Məlumat mübadiləsi və müzakirəsi- 15 dəq
Yaradıcı tətbiqetmə və nəticələrin çıxarılması-13 dəq
Qiymətləndirmə 1 dəq
Ev tapşırığı 1 dəq
Dərsin gedişi:
Salamlaşma
Davamiyyət soruşulur
Dərsin mərhələləri
Slayd3-Standartlar
Ev tapşırığını soruşduqdan sonra:Həyat bilgisi nədir?inteqrativlik nədir?-suallar verilir.
Həyatın mənası nədir?adlı hekayə müəllim tərəfindən danışılır
Slayd-4 Motivasiya.Muəllim video çarx nümayiş etdirir və sual verərək yeni mövzunun adını uşaqlarda alınır
Slayd-6 BİBÖ
Slayd-7Tədqiqat sualı açilir- Təbiət qarşısında borcumuz nədən ibarətdir
Tədqiqatın aparılması. Əvvəldən bölünmüş qruplara (4 qrupa),işçi vərəqləri paylanır.Qruplardan əyani fəaliyyətə şagirdlər təşkil edilir
Şagirdlər tamamladığı işi necə təqdim edəcəklər?
İnformasiya mübadiləsi. Qrupların öz işlərini təqdim edir,iş vərəqləri lövhədən asılır
İnformasiyanın mübadiləsi və müzakirəsi. Şagirdlərin təqdimatından sonra müəllim cavabları sistemləşdirir.
Yaradıcı tətbiq etmə və nəticələrin cıxarılması. Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir. Müəllim tədqiqatın
və müzakirənin nəticələrini şagirdlərlə birlikdə ümumiləşdirir və əlavə məlumatlar
üzərində hazırlanmış slaydlarla şagird biliyini daha da möhkəmləndirir
Slayd:bir qalanin sirri filmindən fraqment nümayiş etdirilir.şagirdlərə sual verilir və nəticə çixarilir.
Burada təbiət elminin ən vacib elm olduğu ön plana çəkilir.axi bir çox elmlərdə kəşflərin səbəbidə
məhz təbiət olmuşdur.
Təbiət həmişə elmin bir çox sahələri üçün o cümlədən ədəbiyyat üçün bir mənbə olmuşdur.Əslində
şairlərin poetik xəyalını qanadlandıranda təbiət olub.hətta təbiətə çox bağlı olan şairlər peyzaj
Lirikasının(təbiətin canlandırilması)numayəndələri kimi tanınır.B.Vahabzadə,A.Səhhət,V.Aslan və.s
.Rəssamlarımizdan S.Bəhlulzadəni misal göstərə bilərik ki,özünü sırf təbiətə həsr etmişdir.Folklor nümunələrində
insanın gücü və gözəllikləri həmişə təbiətlə qarşılaşdırılmışdır və müqayisə edilmişdir.Qanturalının düşmən
üzərinə hücumu-şahinin bir bölük qaza hücumuna bənzədilmişdir.Klassik ədəbiyyatda gözəlliklərin boyu
sərv ağacın bənzədilmişdir.Xətainin misraları səslənir və burada təbiətlə insan həyatı vəhdətdə götürülür.
(Qış getdi yene bahar gəldi)
BİBÖ-yə nəzər salsaq-yarpağin havanı çirkləndirən maddələri tutan mini filtrlərə malik oldunu şagirdlərə
ətraflı çatdırmaq və kiçik yarpağın həyatimizdakı əvəzsiz rolunu oyrədir və Pristlinin təcrübəsilə təsdir edir.hətta
qışda belə ağaclar havanın 60%ni təmizləyir.
Tarixə nəzər salsaq-ibtidai insanların məşğuliyyəti ovçuluq yığıcılıq.od sönməməsi üçün ağacları
qirması və digər eyani nümunələrlə şagird biliyi möhkəmləndirilir.
Allahın bəxş etdiyi bu gözəl təbiəti qoruyaq,kimyəvi tullantılarla çirklənmiş təbiəti insan əli çirkləndirməsin.
Sonda dahi şairimiz N.Gəncəvinin Xosrov və Şirin poemasında yerlə göyün əlaqəsini təəbiyyatın allah sevgisi
üzərində qərarlaşdığnı çox gözəl ifadə edir.
Eşqidir mehrabi uca göylərin
Eşqisiz ey dünya nədir dəyərin
Eşqisiz olsaydı xilqətin canı
Dirilik sarmazdı yəqin cahanı
- Qiymətləndirmə cədvəli:
Evə tapşırıq:
DIQQƏTINIZƏ GÖRƏ TƏŞƏKKÜR EDIRƏM.
Dostları ilə paylaş: |