Müasir dövrdə Azərbaycanda və ümumilikdə dünya təhsil sistemində ciddi problemlər mövcuddur və onların böyük bir hissəsi obyektiv xarakter daşıyır. Dünyanın bir çox ölkələrində bu problemləri həll etmək istiqamətində müxtəlif tədbirlər həyata keçirilməkdədir. Müasir elm və texnologiyanın inkişafının birbaşa təhsildən aslı olduğunu nəzərə alsaq,təhsildəki problemlər bəşəriyyət qarşısında ciddi və qlobal xarakter daşıyan məsələlərin əsas səbəbi kimi götürülə bilər. Hazırda ali təhsil almaq get-gedə insanların daha çox hissəsi üçün ümdə zərurətə çevrilir. Qloballaşma şəraitində təhsilin ən yeni və effektiv texnologiyalarına, o cümlədən, distant təhsil texnologiyalarına təlabat get-gedə artır. Təhsilin əyani və qiyabi formaları ilə müqayisədə açıq distant təhsil forması xeyli üstünlüklərə malikdir. Bu üstünlüklərə onun ucuzluğu, çevikliyi və s. daxildir. Azərbaycanda distant təhsilin rəsmi yaranma tarixi "Təhsil haqqında yeni qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il hesab olunur. Qanunun 13-cü maddəsinə əsasən Azərbaycanda distant təhsil almanın 4 forması mövcuddur. Onlar əyani, qiyabi, distant (məsafədən) və sərbəst (exstemat) təhsil formalarıdır. Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir. Distant təhsil öyrədən və öyrənən arasında telekommunkasiya və komputer şəbəkələri vasitəsi ilə operetiv, müntəzəm dioloq, əks əlaqə əsasında uzaq məsafədən həyata keçirildiyi təhsil formasıdır. Təhsilin distant forması daha çox müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan insanlar üçün əlverişlidir. Bu sistemdə az vaxtda daha çox elmi məlumatlar əldə etmək olur, tələbənin sistemli biliklər alması, şüurlu və məntiqi imkanları genişlənir. Distant təhsilin məqsədi müasir informasiya texnologiyalarından istifadə etməklə təhsil alanın ixtisasının artırılmasıdır. Distant təhsil şagird və müəllim arasında komputer şəbəkələri vasitəsi ilə dioloq yaratmağın böyük effekti var. Distant təhsil ən çox təhsilini məktəbdə davam etdirə bilməyən xəstə şagirdlər üçün daha effektlidir. Bu zaman şagirdlərin öz fikrini daha inamla sərbəst söyləməsi onun özünə inamlılığını artırır. Bu zaman xəstə şagirdin utancaqlığını, özünə qapanma hissini aradan götürür. Mənim apardığım distant dərs şagirdlərin daha çox informasiya alma baxımından, ənənəvi təhsilə inteqrasiya olma baxımından effektlidir. Distant təhsil zamanı vaxt sərf edərək və pul xərcləyərək təhsil yerinə getməyə ehtiyac qalmır, internete çıxışı olan komputerin olması kifayətdir. Bu həm də istənilən zaman və məkanda keçirilir.
Təkliflərim:
uzunmüddətli xəstə şagirdlərin, yəni ambulatür vəziyyətdə yatan xəstələrlə uyğun zamanda distant təhsilin davam ettirilməsilə dərsdən geri qalmasının qarşısını almaq
Belə şagirdlərə bilik verməklə yanaşı həm də psixoloji dəstəkdə olmaq. Belə ki, şagirdlər rahatca sosial həyata adaptasiya ola bilsinlər.
Apardığım distant dərsin metodikasının yazılı təsviri aşağıdakı kimidir:
Fənn: Azərbaycan dili
Dərsin mövzusu: uzun tələffüz olunan sait səslər
Dərsin məqsədi: uzun tələffüz olunan sait səslərin iştirak etdiyi sözlərin leksik mənasını və mənşəyini anlatmaq
İnformasiya mübadiləsi: əldə edilən nəticə mənim tərəfimdən ümumiləşdirilir və uzun saitli sözlər haqqında məlumat verilir.
İnformasiya müzakirəsi: müzakirə zamanı qarşılaşdıqları çətin açıq testlər birlikdə müzakirə edilir.
Ümumiləşdirmə və nəticə:uzun tələffüz edilən saitlərin sözdə məna fərqi yaratması,milli mənşəli sözlərdə uzun saitin işlədilməsi və uzun saitlərin söz və hərf tərkibi arasında səs düşümü ilə nəticələnməsi qənaətinə gəlinir.
Evə tapşırıq: test tapşırıqları, http://www.azerbaijans.com/content_939_az.html