Dərs: İqtisadi İnformatika Muəllim: Sərbəst işin movzusu: İqtisadi informasiyanın xüsusiyyətləri



Yüklə 19,85 Kb.
tarix10.02.2018
ölçüsü19,85 Kb.
#42616
növüDərs

AZƏRBAYCAN DÖVLƏT

İQTİSAD UNİVERSİTETİ

Sərbəst iş №4

Ad:


Soyad:

Fakultə: Maliyyə və muhasibat uçotu

Qrup:

Kurs: 1



Dərs: İqtisadi İnformatika

Muəllim:

Sərbəst işin movzusu: İqtisadi informasiyanın xüsusiyyətləri

İqtisadi informasiyanın xüsusiyyətləri

İnformasiya iqtisadiyyatı (en.Information economy, ru.Информационная экономика)–informasiya və biliklərin istehsalı, emalı, saxlanması və yayılmasındakı fəaliyyət nəticəsində daxili məhsulların axınını təmin edən iqtisadiyyat nəzərdə tutulur və bu prosesdə işçilərin yarısından çoxu iştirak edir.
İqtisadi inkişafda İKT-nın rolunun artırılmasında əsas istiqamətlərdən biri də korporativ informasiya sistemlərinin yaradılması və onlardan istifadənin genişləndirilməsidir. Bu istiqamətdə daha yüksək nəticələrin əldə olunması ölkədə informasiya sistemlərinin tətbiqinin genişləndirilməsini tələb edir.
İnformasiya iqtisadiyyatı formalaşmaqda olan informasiya cəmiyəti elə proqnozları üçün nəzərdə tutulmuş konsepsiyadır ki, bu proqnozlarda iqtisadiyyatın bütün əsas sahələrinin inkişafı zamanı diqqət rabitənin elektron-informasiya texniki vasitələrinin aparıcı roluna yönəlir.
İnformasiya iqtisadiyyatının ikinci istiqaməti ənənəvi istehsal və xidmət sahələrinin informasiyalaşdırılmasıdır. Bu sahələr də İKT-nin tətbiqi sayəsində yeni keyfiyyət mərəhələsinə qədəm qoyub və daha səmərəli fəaliyyət göstərir. 
Bəşəriyyət qloballaşdıqca, insanların baxışları və düşüncə tərzləri dəyişdikcə, elmi nailiyyətlər artdıqca, yeni-yeni informasiya-kommunikasiya texnologiya məhsulları ortaya çıxdıqca dünya iqtisadiyyatının tələbləri də dəyişikliyə məruz qalır. Əgər ötən əsrdə dünya iqtisadiyyatı daha çox neft, qaz, qızıl üzərində qurulurdusa, indi isə onun İKT üzərində formalaşdığı heç kimə sirr deyil

İnformasiya iqtisadiyyatı
Üçüncü istiqamət isə informasiya iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılır. Bu istiqamətə İKT-nin istehsalı və infrastrukturu, İKT-nin tətbiqi ilə bağlı xidmət sahələri aiddir. 
İqtisadi informasiyanın tələbləri 
dəqiqlik doğruluq operativlik 
İnformasiyanın dəqiqliyi bütün istehlakçılar tərəfindən birmənalı qəbul olunmanı təmin edir
Doğruluq iqtisadi informasiyanın sistemin fəaliyyət effektivliyinin saxlanılmasına zəmin olur.
Operativlik isə zəruri hesablamalar və dəyişən şəraitdə qərarların qəbul olunmasında informasiyanın aktuallığını əks etdirir. 

informasiya istehsalı -istehsal sahəsidir, başqa cür iqtisadi fəaliyyət növüdür


 
informasiya istehsal amilidir -- istənilən iqtisadi sistemin fundamental resurslarından biridir; 

informasiya alqı-satqı obyektidir, özü əmtəə kimi çıxış edir

informasiya - iqtisadi sistemin qiymət və faydalılıqla yanaşı, optimal və tarazlıq hallarının müəyyənləşdirilməsinə təsir edən bazar mexanizmi elementidir; 

müasir şəraitdə informasiya rəqabət mübarizəsində daha mühüm amillərdən birinə çevrilir

informasiya işgüzar və hakimiyyət dairələri tərəfindən qərarlar qəbul olunması və ictimai rəy formalaşdırarkən istifadə edilən ehtiyata çevrilir

İqtisadiyyatda informasiya aspektlər çoxluğunda təzahür edir və bu cür təzahür üsullarından bəzilərini aşağıdakılara ayırmaq olar 


Hazırda informasiya iqtisadiyyatının mühüm elementi informasiya amilli texnologiyalar qismində dünya bazarında yerini möhkəmləndirir. Tədqiqatlar göstərir ki, informasiya texnologiyaları bazarlarında iki ölkələr qrupu səmərəli işləyir
1. İnkişaf etmiş fundamental elmi potensialı olan qabaqcıl ölkələr (ABŞ, Böyük
Britaniya, AFR, Yaponiya və bəzi başqaları);

2. Birinci qrup ölkələrin innovasiya və texnologiyalarından istifadə edən ölkələr


(Tayvan, Çin, Cənubi Koreya və başqaları).
İnformasiya iqtisadiyyatının başlıca vəzifələri həm makro və həm də mikro
səviyyədə təyinat alır. 

Makrosəviyyədə informasiya iqtisadiyyatının başlıca vəzifələri


baş verən qlobal proseslər çərçivəsində təsərrüfat inkişafının istiqamətinin
seçilməsinə əsaslanır ki, bu da cəmiyyətin təsərrüfat enerjisinin yeni xarici resurslara və strukturunun keyfiyyət transformasiyalarına doğru hərəkəti qabiliyyəti ilə müəyyən olunur. Daha geniş diapazonda bu tərkib hissələri texnosfera, antropsfera və sosiosferanın təkamüllü qarşılıqlı əlaqəsi nəticəsində neosferin inkişafı kimi görünür. 

Mikrosəviyyədə isə informasiya iqtisadiyyatının başlıca vəzifələri sahibkarlıq


subyektləri tərəfindən xarici mühitin təsərrüfat enerjisini almaq və onun iş və iş
yerləri şəklində transformasiyasına yönəldilmiş təsərrüfatçılıq alqoritmlərinin
yaradılması kimi təyin edilir
1994-cü ildə iqtisadiyyat sahəsində nobel mükafatı almış ABŞ iqtisadçısı Con Harsaninin (1920-2000) tədqiqatları isə o zaman iqtisad elminin nisbətən yeni sahəsi kimi intişar tapan informasiya iqtisadiyyatı üçün nəzəri təməl olmuşdur
İnformasiya iqtisadiyyatının ən çox inkişaf etmiş sahəsi elektron-biznes sahəsi hesab edilir. İlkin dövrlərdə bu sahə İnternet-kommersiya və ya elektronkommersiya adlandırılırdı. Lakin sonradan sahənin genişlənməsi, ənənəvi məhsullarla bəraber informasiya məhsulları və xidmətlərinin də ticarətinin həyata keçirilməsi, eləcə də xidmətin yeni növləri və üsullarının tətbiqi onun elektron-biznes kimi adlandırılmasına səbəb oldu.

Elektron reklam işi – istehsalçı tərəfindən istehsal edilmiş və təklif olunan mal və xidmətlərin xüsusi saytlarda İnternet vasitəsilə geniş miqyasda reklamını həyata keçirir. Elektron reklam işində məlumatların xüsusi qaydada reklamı və məlumatların mühafizəsi təmin etməlidir.



Elektron sənəd dövriyyəısi- müəssisədaxili və ya müəssisələrarası sənədlərin kompüter texnologiyaları və şəbəkələr vasitəsilə çatdırılması, təsdiqi və ya müzakirəsini təmin edir. Qeyd edək ki, bir çox iri şirkətlər və müəssisəələr elektron- sənəd dövriyyəsini xüsusi korporativ şəbəkələrlə həyata keçirir. Adətən sənədlərin dövriyyəsində inkişaf etmiş ölkələrdə elektron imzalardan istifadə edilir ki, bu da sənədlərin məxfiliyini və ünvanına düzgün çatdırılmasını təmin edir.
Hazırki, dövrə qədər hələ ki, iqtisadçıların əksəriyyəti tərəfındən qəbul olunan bütöv informasiya iqtisadiyyatı nəzəriyyəsi formalaşmamışdır.
İnformasiya cəmiyyətinin təyin olunması zamanı onlar müxtəlif meyarlardan istifadə edirlər: texnoloji, iqtisadi, ənıək, məkan, istehlak
və yaradıcı.
Yaradıcı meyar. Fərz olunur ki, informasiya iqtisadiyyatı
ictimai həyatda ali, yaradıcı fəaliyyətin hökmüranlığı ilə xarakterizə
olunur (ingiliscə creative - yaradıcı deməkdir). Zaman vahidlərində
ifadə oiunmuş yaradıcı fəaliyyətin məcmu həcmi informasiya
iqtisadiyyatının yetkinlik səviyyəsini əks etdirir.
İnformasiya İqtısadiyyatı modelinə müvafıq olaraq burada ıiç əsas bir-biri ilə six bağlı olan komponentlərə ayırmaq olar
1- bunlar informasiyanın istehlakçı üçün rahat formada yaradıldıgı, emal olunduğu və yayıldıgı dairə və sahələrdi
2- bu əsas hissəsinin universitetlər təşkil etdiyi təhsil sistemidir
3- maddi istehsal
İnformasiya iqtisadiyyatinin modeli
1-Bırinci və ikincı sektorlar, yəni çıxarma sahəsi və
emal sənayesi maddi adlandınla bilən vahid sahədə bırləşirlər. 
2- Qalan sektorlann modifıkasıyası baş verir. 
Üçüncü və dördüncü sektorlar birbaşa qeyri-maddi sektorla,
yəni informasiyamn yaradılması ilə bağhdırlar
Dünyada “ağıllı” şəhərlərin yaradılmasında İKT-nin rolu
Sentyabrın 22-dən 26-na qədər davam edəcək tədbirin əsas məqsədi dayanıqlı inkişafın, dayanıqlı gələcəyin təmin olunmasında “yaşıl” İKT-nin katalizator kimi rolunun vurğulanmasıdır. Həmçinin tədbirdə mövcud resurslardan, sərvətlərdən səmərəli istifadə olunması, elektron tullantıların daha düzgün və asan idarə edilməsi, elektromaqnit sahələrin insana təsirinin müəyyənləşdirilməsi, bütün bunların fonunda isə dünyada “ağıllı” şəhərlərin qurulmasına İKT-nin necə kömək edə biləcəyi ətrafında müzakirələr aparılacaq
Elektron-biznes – mal və xidmətlərin elektron ticarətini özündə birləşdirir. Elektron biznes mal və xidmətlərin reklamını və hərəkətini, məhsulun bazardakı rəqabətədavamlılığının öyrənilməsini, sifarişin qəbulunu, malın daşınması və çatdırılmasını, istehsalçı və istehlakçı arasında hesablaşmaların həyata keçirilməsini yerləşmə məkanından asılı olmayaraq İnternet
şəbəkəsi vasitəsilə həyata keçirir.
5 noyabr 2012-ci il Fərmanı ilə ölkəmizdə Yüksək Texnologiyalar Parkı yaradıldı. Həmin Fərmana əsasən Parkın idarəolunması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı- “YT Park” MMC təsis edildi. Yüksək Texnologiyalar Parkı Bakı şəhəri Pirallahı rayonunda inşa olunacaqdır. 
Yüksək Texnologiyalar Parkında hazırda telekomunikasiya və mobil texnologiyalar, informasiya texnologiyaları, elektron biznes və elektron kommersiya, proqram mühəndisliyi, enerji səmərəliliyi, animasiya və qrafika, robot və mexanika, tibbi proqram təminatları və s.sahələri əhata edir. Gələcəkdə bu sahələrin genişləndirilməsi də nəzərdə tutulmuşdur.
Yüklə 19,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin