Dərs metodikası Bakı şəhəri Nizami rayonu 201 №li tam orta məktəbin Tarix müəllimi Kərbalayeva Amənə Eldar qızı



Yüklə 131,32 Kb.
səhifə2/2
tarix08.03.2020
ölçüsü131,32 Kb.
#102269
növüDərs
1   2

Məqsəd: XXI əsr həyatımızın bütün sahələrində yeni nailiyyətlərə yol açmış, inkişaf dinamikası durmadan artmaqdadır. Bu dinamika özünü hər sahədə göstərdiyi kimi, təhsil sahəsində də əksini tapmaqdadır. Ölkəmizdə aparılan təhsil islahatı tədrisə və təlimə yeni aspektdən yanaşmaqdadır. Dünyanın bir çox ölkələrinin təcrübəsi əsasında formalaşdırılaraq təhsilin inkişafına xidmət edən bu yeniliklər, respublikamızda məqsədyönlü təhsil islahatlarının aparılması ümumtəhsil məktəblərində Tarix fənninin tədrisi sahəsində də uğurlu nəticələrin əldə olunmasına imkan yaratmışdır. Şagird mövzunu mətin olaraq öyrənmir, onun araşdırılmasında özü iştirak etdiyi üçün müəyyən bacarıqlara da yiyələnir. Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem Distant Təhsil Sistemidir. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. 8-ci və 9-cu sinflərin Ümumi tarix metodikası və dərsliklərin müəlifiyəm. Şagirdin formalaşmasında təkcə kitab bilik vermir.

Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Şagir hər hansı bir hadisə baş verəndə üzürlü səbəbə görə dərsə gəlmiyə bilər. İşinizi boş buraxmadan, olduğunuz yerdən ayrılmadan və ya müəyyən bir gəlir itkisi olmadan müəyyən bir sahədə təhsil almaq istəyənlər üçün uzaqdan təhsil proqramı yaxşı bir fürsətdir. Məsafəli təhsil proqramında həm qazanır, həm də təhsilinizi tamamlayırsınız.

Verəcəyim dərs müasir təhsil proqramına uyğun (kurikulum proqramı) yığılmış dərsdi həmin dərsin icmalını sizlərlə bölüşürəm.
Standart:

4.1.1. Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir.

4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır.

Məqsəd:

1. Azərbaycan tarixində mühüm rol oynamış Babəki bir şəxsiyyət kimi müəyyən edir.

2. Mənbələrə əsasən Babək haqqında təqdimat hazırlayır.

Mövzu: «Qırx il kölə kimi yaşamaqdansa…»

İnteqrasiya: İn. 4.1.1. A.d. 1.2

Təlim forması: Fərdi iş

Təlim üsulu:. Venn dioqramı, esse və “Qərarlar ağacı”

Resurslar: Dərslik, paylayıcı materialllar, maddi mədəniyyət abidələrdən və yazılı mənbələrdən nümunə, iş vərəqləri və s.

Uşaqlar sizə bir neçə sualım olacaq.

Azərbaycanlı olan hansı milli qəhrəmanlarımızı tanıyırsınız? Tanıdığınız milli qəhrəmanların adlarını deyin.

Bəs qədim zamanlarda yaşamış hansı tarixi qəhrəmanları tanıyırsınız? Adlarını deyin.

Dərsin mərhələri. Motivasiya:

Şağirdlər Babək. Azadlıq yanğısı adlı 3 dəqəlik video baxirlar.

Yönəldici suallalar verirəm. Sizcə bu hansı filmdi?

Babək haqqında nə bilirsiniz?

Ərəb dövləti və ərəblər haqqında nə bilirsiniz?

Şagirdlər fərziyələr söyləyir.

Tədqiqat sualları

Sizcə Azərbaycan tarixində Babəkin rolu nədən ibarət olmuşdur?

Şagirləri qruplara bölürəm.

I Babək qrupu

Babək haqqında 10 cümlədən ibarət kiçik hekayə qurun və aşağıdakı sözlərdən istifadə edin.

Babək,Bəzz qalası,ərəblər,xilafət, Xürrəmilər,üsyan,azadlıq

II Cavidan Qrup

Dərsliyinizdən “Babək” mövzusunu oxuyun. Babəkdə güclü rəhbərə aid müəyyən etdiyiniz mənfi və müsbət xüsusiyyətləri bir söz və ya söz birləşməsi formasında verilmiş cədvəldə qeyd edin.



Müsbət

Mənfi

























III Cavanşir Qrupu

Cavanşir qrupu: Cavanşir və Babəkin oxşar və fərqli xüsusiyyətlərini qeyd et Cavanşir qrupu: Cavanşir və Babəkin oxşar və fərqli xüsusiyyətlərini qeyd et

Cavanşir Babək



Məlumatın mübadiləsi: Qruplara verilən tapşırıqlar müəyyən edilmiş zaman ərzində bitdikdən sonra şagirdlər təqdim edir.

Məlumatın müzakirəsi: Müzakirə mərhələsində verilən cavablar müzakirə edilir, əgər səhvlər varsa, qeyd olunur, düzgün cavablar alınır, doğru cavablar vurğulanaraq əlavələr edilir.


Nəticə və ümumiləşdirmə: Nəticədə şagirdlər Xalqımızın Babəki həmişə iftixarla yad etməsini izah edir. Babək xalqımızın azadlıq, cəsarət və qürür rəmzinə çevrilməsini şərh edir. Babəkin adını daşıyan rayon küçələri adlanmasını təhlil etməklə münasibət bildirir.

Ev tapşırığı: Qəhramanlar ölmur Babək haqqında təqdimat hazırlamaq
Qiymətləndirmə meyarları: izahetmə, müəyyən etmə

I səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Azərbaycan tarixində mühüm rol oynamış Babəki bir şəxsiyyət kimi qiymətləndirməkdə çətinlik çəkir

Azərbaycan tarixində mühüm rol oynamış Babəki bir şəxsiyyət kimiq qiymətləndirərkən

müəllimin köməyindən

istifadə edir.

Azərbaycan tarixində mühüm rol oynamış Babəki bir şəxsiyyət kimi məkan

baxımdan

qiymətləndirir, bəzi səhvlərə

yol verir

Azərbaycan tarixində mühüm rol oynamış Babəki bir şəxsiyyət kimi müəyyən edir.

Yüklə 131,32 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin