Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə102/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   114
bank emeliyyatlari

Təxirəsalınmaz  kreditlər  Qərbdə  qədim  tarixə  malikdir. 
Avropa  və  Amerika  qanunvericiliyində  onun  mexanizmi  o  qədər 
dəqiq  və  hərtərəfli  göstərilmişdir  ki,  15  il  tamam  olmamış 
Azərbaycan bazarının məhz onlardan nümunə götürməkdən başqa 
digər yolu qalmır.  
ABŞ-da  təxirəsalınmaz  kreditlər  inkişaf  etmişdir. 
Avropanın  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrində  istehlak 
kreditləşməsinin  inkişaf  surəti  ABŞ-nın  bazar  dinamikasını 
üstələməsinə  baxmayaraq  mütəxəssislər  amerikan  bazarını  ən 
həcmli  və  uyğunlaşan  bazar  hesab  edirlər.  Məsələn,  Almaniyada 
ötən  əsrin  70-ci  illərində  təxirəsalınmaz  kreditləşmənin  beşqat 
inkişafı müşahidə olunmuşdur, sonradan 2000-ci ilin əvvəlində bu 


 
 
 
 
192 
190  milyard  ABŞ  dolları  səviyyəsinə  çatmışdır.  Həmin  dövr 
ərzində  isə  ABŞ-da  üçqat  inkişaf  baş  vermişdir;  90-cı  ilin 
əvvəlində 600 milyard ABŞ dollarına çatmışdır.  
Amerikada  təxirəsalınmaz  kreditin  verilməsinin  rəsmi 
tarixi  İstehlak  Krediti  haqqında  Qanun  qəbul  edildiyi  vaxtdan, 
yəni 1968-ci ildən başlayır. Xüsusilə, o ssudanın ədalətli verilmə 
qaydalarını, faiz dərəcələrinin yuxarı həddlərini, köçürmə üzrə və 
gecikmədə  satış  qaydalarını,  müqaviləyə  düzəlişləri  müəyyən 
edir.  Qanunda  kreditorun  məhkəmə  müdafiə  vasitələri  diqqətdən 
yayınmamışdır:  məhkəmənin  təminatın  həyata  keçirilməsi  üzrə 
borc qalığını cərimə ilə almaq və ya borc alanın əmlakının üzərinə 
həbs qoymaq hüququ vardır. Qanun, həmçinin daşınmaz əmlakın, 
müntəzəm kreditdə iştirak edən şəxslər tərəfindən göstərilən xid-
mət  və  malların  alqı-satqısına  aid  edilən  kredit  sövdələşmələrini 
tənzimləyir.  Amerikan  istehlakçılarının  hüquqlarına  görə  narahat 
olmağa  ehtiyac  yoxdur:  o,  zirehlidir,  bütün  mümkün  tərəfdən 
müdafiə  olunur.  İstehlak  krediti  haqqında  qanundan  başqa 
İstehlak  kreditləri  haqqında  Vahid  Məcəllə  (The  Uniform 
Consumer  Credit  Code)  mövcuddur.  Onun  məqsədi  –  satın 
almanın  maliyyələşdirilməsi  üçün  istehlakçını  müdafiə  etmək, 
kredit  verilməsi  üzrə  xidmətin  düzgün,  adekvat  göstərilməsi, 
ümumilikdə  kredit  sənayesini  tənzimləməkdir.  Nəhayət,  bir 
hissəsinin  istehlak  kreditlərinə  həsr  olunduğu  «İstehlakçıların 
hüquqlarının  müdafiəsi  haqqında»  Amerikan  qanunu  da 
mövcuddur.  O,  istehlakçıların  kreditləşmə  şərtləri  barədə  tam 
məlumatlandırmanı  zəruri  edir  və  ya  kredit  verilən  zaman  hər 
hansı  bir  ayrı-seçkiliyi  qadağan  edir.  Qanun  həmçinin 
istehlakçıları sələmçilər tərəfindən sui-istifadədən müdafiə edir və 
mükafatlandırmanın  həcmini  məhdudlaşdırır.  Bundan  başqa  o, 
kredit  kartlarını  buraxan  və  kredit  tarixlərini  təqdim  edən 
şirkətlərin fəaliyyətini tənzimləyir, həmçinin istehlak kreditləşmə 
sahəsində  araşdırma  aparmaq  səlahiyyəti  verilən  İstehlak 
maliyyəsi üzrə Milli Komissiyanı təsdiq edir.  


 
 
 
 
193 
«İstehlak  krediti»  (İK)  adlanan  problemi  həll  etməklə 
əhalinin  bu  kreditləşmə  formasının  oxşarı  olan,  lakin  digər  bu 
mənada  olan  və  sosial  funksiyanı  daşıyan  digərlərindən  ayırmaq 
lazımdır.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin