Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə105/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   114
bank emeliyyatlari

FƏSİL 12. BANKIN İNVESTİSİYA VƏ 
KREDİT SİYASƏTİ 
 
12.1. Bankın investisiya siyasəti 
 
Pul  vəsaiti,  məqsədli  bank  əmanətləri,  paylar,  səhmlər  və 
digər  qiymətli  kağızlar,  texnologiyalar,  maşınlar,  avadanlıqlar, 
lisenziya, eyni zamanda  əmtəə nişanları, kreditlər, istənilən digər 
əmlak və  ya  əmlak hüququ, gəlir əldəetmə məqsədilə və müsbət 
sosial səmərəliliyə nail olmaq üçün sahibkarlıq və digər fəaliyyət 
obyektlərinə yerləşdirilən əqli dəyərlər investisiya hesab olunur.  
İnvestisiya  fəaliyyəti  –  investisiya  yerləşdirmə  və  yaxud 
kapital və investisiyanın reallaşdırılması üzrə təcrübi hərəkətlərin 
məcmusudur.  Əsas  fondların  yaradılmasında  və  fəaliyyətində 
kapital  qoyma  kapitalın  yerləşdirilməsi  qaydasında  həyata 
keçirilir.  
Real investisiya – maddi aktivlərin yerləşdirilməsi (maddi 
kapital).  
Maliyyə investisiyası – qiymətli kağızların yerləşdirilməsi 
(veksel, səhm və s.).  
Təcrübi  fəaliyyətdə  kommersiya  bankları  həm  maliyyə, 
həm  də  real  kapital  qoyuluşu  ilə  məşğul  ola  bilər.  Buna  görə  də 
müəllif  sadalanan  fəaliyyət  növlərini  birincisi,  iqtisadi 
gəlirliliyinə; 
ikincisi, 
uzunmüddətli  presspektiv  mövqeyi; 
üçüncüsü,  risklər  və  onların  bankların  fəaliyyətinin  iqtisadi 
göstəricilərinə  təsiri  nöqteyi-nəzərdən  müqayisəli  təhlilinə  cəhd 
edir.  
Kommersiya  bankları  mahiyyətinə  görə  əsasən  digər 
vəsaitlər  hesabına  fəaliyyət  göstərən  kommersiya  təşkilatlarıdır. 
Onda  bank  əməliyyatlarının  iki  kompleks  növünü  –  passivləri 
(ehtiyatların  cəlb  edilməsi)  və  aktivləri  (onların  yerləşdirilməsi) 
nəzərdən keçirmək lazımdır.  
Gələcək  investisiya  hesabına  passivlərin  yaradılmasının 
xüsusiyyətləri: 


 
 
 
 
196 
1)  Bu uzunmüddətli passivlər olmalıdır (adətən, 2 ildən 10 
ilə və daha çox müddətə); 
2)  Onlar  maksimal  ucuz  vəsaitlər  olmalı,  əks  halda 
yerləşdirmənin gəlirliliyini təmin etmək çətin olacaqdır.  
Kapital  qoyuluşu  zamanı  passivlər  deyildikdə  aşağıda 
göstərilənlər nəzərdən keçirilir: 

 
İnvestorların vəsaitələri; 

 Bankın şəxsi vəsaitləri; 

 Müştərilərin hesablarında vəsaitlərin qalıqları; 

 Uzunmüddətli təcili passivlər; 

 Müştərilərin girov öhdəlikləri; 

 
İnvestisiya proqramlarının həyata keçirilməsi üçün dövlət 
tərəfindən ayrılmış xüsusi büdcə vəsaitləri.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin