1. İnvestorların vəsaitləri İnvestorlar – investisiya formasında şəxsi, borc götürülmüş
və ya cəlb edilmiş vəsaitlərin yerləşdirilməsini və onların
məqsədli istifadəsini həyata keçirən investisiya fəaliyyətinin
subyektləridir.
İnvestorların
məqsədi
həmişə
kapital
qoyuluşundan maksimal gəlir əldə etmək olmur. Bir qayda
olaraq, investorlar konkret investisiya obyektinin satışında
maraqlıdırlar. Belə halda bank investor və kapital qoyulmuş
obyekt arasında vasitəçi qismində çıxış edir. Onun məqsədi
kapital qoyuluşunun idarə olunması, onun gedişatına nəzarət və
nəticələrin əldə olunmasıdır. Bankın gəliri komisyon hesabına,
həmçinin investisiya layihəsinin həyata keçirilməsinin daha
səmərəli idarə olunması hesabına əldə edilə bilər. Bank bir iri
layihənin həyata keçirilməsi üçün investorların vəsaitlərini
birləşdirə bilər. Bankın riski böyük deyil.
Buna görə də investorların vəsaitləri – investisiya fə-
aliyyətinin maliyyələşdirilməsi üçün ən çox cəlb edilən (bank
üçün) mənbələrindən biridir.