Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


 2. Bank zəmanəti ilə risklərin sığortalanması



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə112/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114
bank emeliyyatlari

13. 2. Bank zəmanəti ilə risklərin sığortalanması 
 
 
Bank  zəmanətinin  verilməsi  zamanı  bank  qeyd  edilmiş 
şəraitlərin  baş  verdiyi  zaman  benefisiara  müəyyən  edilmiş  pul 
məbləğini ödəməkhaqqında  yazılı öhdəlik verir. Bank müştərinin 
öz  özdəliklərini  yerinə  yetirmədiyi  təqdirdə  zəmanət  məbləğini 
ödəmək öhdəliyini öz üzərinə götürür.  
Bank  zəmanətləri  ənənəvi  olaraq  xarici  iqtisadi  fəaliyyət 
zamanı  müxtəlif  ölkələrdə  yerləşən  partnyorlar  arasında 
sövdələşmələrin  həyata  keçirilməsinə  yardım  etmək  üçün  tətbiq 
edilir.  Zəmanət  müqavilə  öhdəliklərinin  alıcı  tərəfindən  vaxtında 
və  tam  olaraq  yerinə  yetirilməsi  bacarığına  tədarükçünün 
şübhələndiyi təqdirdə istifadə edilir.  
Bank  zəmanətləri  hesablaşma  instrumentləri  deyildir  və 
prinsipalın  əsas  öhdəliklərinin  təminatı  kimi  istifadə  edilir. 
Risklərin  minimuma endirilməsi  üçün  bank  aşağıdakı beynəlxalq 


 
 
 
 
207 
unifikasiyaedilmiş  qaydalara  tabe  olunmuş  bank  zəmanətlərinin 
verilməsi və avizo olunması üzrə xidmətlər təklif edir: 
ödəmə zəmanətləri; 
avans ödənişinin geri qaytarılması zəmanəti; 
müsabiqə ərizəsinin zəmanəti (tender zəmanətləri); 
 rezerv akkreditivi şəklində zəmanət (Standby tipli) və s.  
Müqavilənizin  şərtlərinə  əsasən  siz  bank  zəmanətini 
təqdim etməlisinizsə, bank mütəxəssisləri ilə məsləhətləşin. Bank 
zəmanət  mətnini  elə  tərtib  edəcəkdir  ki,  sizin  maraqlarınız 
maksimum  şəkildə  qorunmuş  olsun  və  onların  sizin  partnyorun 
(benefisiarın) istəklərinə müvafiq gəlməsini təmin edəcəkdir.  
Sizin  tələblərinizdən  asılı  olaraq  bank  birbaşa  olaraq 
benefisiarın  xeyrinə  zəmanət  verəcək  və  zəmanətin  verilməsini 
idxalçının ölkəsindəki müxbir banka həvalə edəcəkdir. Müştərinin 
istəyi  ilə  zəmanət  rezerv  akkreditivin  gmissiya  formasında  ola 
bilər.  
 
 
 
 
 
  


 
 
 
 
208 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin