Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə18/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   114
bank emeliyyatlari

 Bank hesabları.  
 Demək olar ki, bütün ölkələrdə bank və müştərinin hüquqi 
cəhətdən  qarşılıqlı  münasibətləri  hesabın  açılmasından  sonra 
başlanır. Respulikamızda müştərilər kommersiya bankının razılığı 
əsasında  (qanunda  digər  bir  hal  nəzərdə  tutulmamışsa)  istənilən 
sayda  və  valyutada  hesablaşma,  depozit  və  digər  hesablar  açmaq 
hüququna  malikdirlər.  Məsələn,  hüquqi  şəxs  olan  müştəri  əsas 
fəaliyyət  sahəsi  üzrə  bir  neçə  hesaba  sahib  ola  bilər.  Bu 
hesablardan biri də hesablaşma hesabıdırBu hesab məhsulun (iş, 
xidmət)  satışından  əldə  edilən  gəlirin  hesablanması,  mal 
göndərən,  iş  və  xidmətlər  üzrə  hesablaşmalar,  digər  ödənişlərin 
hesabatları və büdcə hesabatı üçün istifadə edilir. Hesablaşma he-
sabından əlavə bankın müştərisi həmçinin depozit, ssuda və xarici 
valyutada olan digər hesablara da sahib ola bilər.  
Bank  tərəfindən  hesabların  açılması,  aparılması  və  bağ-
lanması qaydaları həm qanunlar, həm də Mərkəzi Bank tərəfindən 
təlimatlarla  müəyyən  edilir.  Kommersiya  bankının,  onun 
rəhbərlərinin  və  digər  vəzifəli  şəxslərinin  həmin  qaydaların 
pozulmasına görə məsuliyyəti qanunlarla müəyyənləşdirilir.  
Dünyanın  bir  sıra  ölkələrində  müştəri  bankdan  öz  hesabı 
üçün  «xüsusi  rejim»  tətbiq  edilməsini  tələb  edə  bilər.  Xüsusi 
recim  anlayışı  dedikdə,  adətən  bankda  müştərinin  poçt 


 
 
 
 
37 
yazışmasının  saxlanması  başa  düşülür.  Bu  müştərinin  bütün 
poçtunun  bankda  qalmasında  və  onun  oradan  şəxsən  özü  və  ya 
etibar  etdiyi  şəxslərin  götürməsində  maraqlı  olduğu  zaman  baş 
verə  bilər.  Hesablara  xüsusi  recim  vasitəsilə  xidmət  göstərilməsi 
adi  hesablara  nisbətən  böyük  bank  xərclərini  tələb  edir,  bu 
səbəbdən  də  xüsusi  hesabın  olması  bir  qayda  olaraq  yalnız  bank 
rəhbərliyinin icazəsi əsasında həyata keçirilir.  
Banklar  hesabın  bağlanması  məsələsinə  xüsusi  diqqət 
yetirirlər.  Bir  qayda  olaraq  hesab  üzrə  əməliyyatların  uzun 
müddət  keçirilməməsi  nəticəsində  ona  «hərəkətsiz  hesab» 
kateqoriyası  verilərək  bağlanılır.  Yerli  qanunvericilikdən  asılı 
olaraq  müəyyən  müddət  ərzində  «hərəkətsiz»  hesablar  müsadirə 
edilmiş  elan  olunur  və  dövlət  xəzinəsinə  verilir.  Bəzi  ölkələrdə 
qanunvericilik  (məsələn,  Böyük  Britaniyada  «Mülkiyyətin 
müsadirə edilməsi haqqında» Qanun) bankdan vəsaitlərin dövlətə 
verilməsindən əvvəl hesabın sahibinin aşkar edilməsi üçün zəruri 
səylərin  göstərilməsini  tələb  edir  (adətən  bu,  qəzetlərdə  elanların 
dərc edilməsi vasitəsilə həyata keçirilir).  
Banklararası  əməliyyatların  keçirilməsi  prosesində  qüv-
vədə  olan  qanunvericiliyə  müvafiq  olaraq  kommersiya  bankları 
bir-birinə  vəsaitlərin  cəlb  edilməsini  və  depozitlərin  kreditlər 
şəklində  yerləşdirilməsini,  müxbir  hesablarının  yaradılması 
vasitəsilə  hesablaşmaların  aparılmasını  və  Mərkəzi  Bank 
tərəfindən  verilən  lisenziyalarla  nəzərdə  tutulmuş  digər  qarşılıqlı 
əməliyyatların aparılmasını həyata keçirirlər.  
Kommersiya  bankları  hər  ay  Mərkəzi  Banka  Azərbaycan 
Respublikası  ərazisində  və  xaricdə  açılmış  yeni  müxbir  hesablar 
haqqında məlumat verir.  
Kommersiya  bankı  ilə  Mərkəzi  Bank  arasında  korrespon-
dent  münasibətlər  də  müqavilə  əsasında  həyata  keçirilir.  Kredit 
təşkilatının  hesablarından  vəsaitlərin  köçürülməsi  qanunda 
nəzərdə  tutulmuş  hallardan  başqa  onun  sərəncamı  və  ya  razılığı 
əsasında  həyata  keçirilir.  Müştərilərin  kreditləşdirilməsi  və  öz 
üzərinə  götürdüyü  öhdəliklərin  yerinə  yetirilməsi  üçün 


 
 
 
 
38 
kommersiya  bankının  vəsaitləri  kifayət  qədər  olmadıqda  kredit 
əldə  olunması  üçün  Mərkəzi  Banka  onun  müəyyən  etdiyi  şərtlər 
əsasında müraciət edə bilər.  
Qanunvericiliyə  müvafiq  olaraq  müqavilə  bağlayarkən 
kredit  təşkilatı  fiziki  və  ya  hüquqi  şəxsin  tələbinə  əsasən  öz 
maliyyə  hesabatı  haqqında  məlumatı,  mühasibat  balansı,  o 
cümlədən  keçən  il  üçün  auditor  qərarı  və  cari  il  üçün  aylıq  mü-
hasibat  balanslarını  təqdim  etməlidir.  Məlumatın  verilməsi 
qaydasının pozulması və  ya qeyri-düzgün məlumatın verilməsilə 
müştəri və investorlarda yanlış fikir yaratmaq cəhdinə görə kredit 
təşkilatı qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyır.  
Beləliklə, bir çox kommersiya bankları müasir şəraitdə öz 
müştərilərinə (həm fiziki, həm də hüquqi şəxslərə) geniş həcmdə 
əməliyyat  və  xidmətlər  təklif  edir.  Universal  növlü  kommersiya 
bankları əhalinin, təsərrüfat təşkilatlarının, firma və şirkətlərin pul 
vəsaitlərinin  cəlb  edilməsi,  kredit  ehtiyatlarının  yerləşdirilməsi,  pul 
hesablarının təşkili və idarə edilməsi üzrə funksiyaları həyata keçirir, 
müştərilərə müxtəlif bank əməliyyatları və xidmətləri göstərir.  
 


 
 
 
 
39 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin