Müdafiə funksiyası. Bank aktivlərinin əhəmiyyətli hissəsi (təxminən 88%)
müştərilər tərəfindən maliyyələşdirilir. Bu səbəbdən bankın
səhmdar kapitalının və onlarla eyniləşdirilən vəsaitlərin əsas
funksiyası müştərilərin maraqlarının müdafiəsindən ibarətdir.
Xüsusi kapitalın müdafiə funksiyası bankın ləğv edilməsi zamanı
müştərilərə kompensasiyaların ödənilməsi imkanı deməkdir.
Xüsusi kapital gözlənilməz xərclərin yaranması təhlükəsinə
baxmayaraq bankın fəaliyyət göstərməsinə imkan verən ehtiyatın
yaradılması yolu ilə bankın ödəmə qabiliyyətinin qorunmasına
şərait yaradır. Nəzərə almaq lazımdır ki, bankda bu səbəbdən
yaranmış ziyanın əksər hissəsi bankın hesabına deyil, cari aktivlər
hesabına ödənilir. Əksər firmalardan fərqli olaraq bankın ödəmə
qabiliyyəti xüsusi kapitalın bir hissəsi ilə təmin edilir. Səhmdar
kapitalına toxunulmayan müddətdə, yəni, aktivlərin dəyəri ilə
öhdəliklərin məbləği bərabər olan zaman bank ödəmə qabiliyyətli
hesab edilir. Lakin bu növ yanaşma tərzi hər zaman mövcud
olmamışdır.
Bank kapitalının müdafiə funksiyasının məzmunu bu gün
xüsusilə aktualdır. Belə ki, respublikamızda depozitlərin
sığortalanmasının səmərəli sistemi hələ ki, formalaşmamışdır,
digər tərəfdən isə qeyri-sabit iqtisadi vəziyyət, bank sektorunda
kəskin rəqabət, uyğun məlumat bazasının olmadığına görə
aqressiv
bank
siyasətinin
həyata
keçirilməsi,
peşəkar
mütəxəssislərin azlığı və digər neqativ amillər müflisləşməyə və
müştərilərin vəsaitlərinin itirilməsinə gətirib çıxarır. Bu səbəbdən
ölkəmiz üçün xüsusi kapitalın mövcudluğu bankın etibarlılığının