Təminat növü üzrə: 1. təminatsız (blank),
2. təminatlı ssudalar (girov, zəmanət, zaminlik, sığorta
vasitəsilə) mövcuddur.
Bankın təminat tələb etdiyi əsas səbəb – borcalanın
ssudanı vaxtında və tam olaraq qaytarmaq qabiliyyətinin və ya
istəyinin olmaması zamanı ziyana düşmək riskindən sığor-
talanmaqdan ibarətdir. Kreditin təminatı, onun sığortalanması
kreditin ödənilməməsi riskini azaldır. Bununla yanaşı, kredit
işçisi üçün ssudanın borcalanın gəliri hesabına ödənilməsi daha
üstündür. Ssudanın təminatı girov, zəmanət, zaminlik, sığorta ola
bilər. Onun kimi müxtəlif növ aktivlər çıxış edə bilər.
Müştərinin kifayət qədər təminatı olmadığı və yüksək
riskli əməliyyatlar üçün ssuda almaq məqsədilə müraciət etdiyi
halda bank kreditin sığorta təşkilatlarında sığortalanması zamanı
onun verilməsinin məqsədəuyğunluğu haqqında məsələni
47
nəzərdən keçirir. Bu əməliyyat «kreditin bağlanmaması riskinin
sığortalanması» adını daşıyır. Onu kredit müqaviləsi məbləğindən
müəyyən faiz əldə edərək sığorta cəmiyyəti həyata keçirir.