Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə48/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   114
bank emeliyyatlari

4.  Qəbzlə  hesablaşmalar.  Qəbzlə  hesablaşmalar  zamanı 
hesab sahibi (qəbz verən) qəbzdə  göstərilən  məbləği  vəsait  alana 
(qəbz  saxlayana)  ödəmək  üçün  hesablaşma  qəbzləri  verən  banka 
yazılı sərəncam verir.  
Banklarda  qəbzlər  hüquqi  şəxslər  tərəfindən  istifadə 
olunan ödəniş  vasitəsidir və Azərbaycan Respublikasının qanunu 
ilə nəzərdə tutulan bütün hallarda hesablaşma vasitəsi kimi tətbiq 
oluna bilər.  
Fiziki şəxslər arasında qəbzlə hesablaşmaya yol verilmir.  
Qəbzlərin  vətəndaşların  bankdakı  şəxsi  hesabına  kö-
çürülməsi  emitent  bank  və  ya  müxbir  bankı  tərəfindən  təyin 
olunmuş şərtlərlə həyata keçirilir.  
Aşağıdakı 
hesablaşmalar 
zamanı 
qəbzdən 
istifadə 
olunması əlverişlidir: 

 
ödəyici malı alana kimi ödəniş etmək istəmədikdə, mal 


 
 
 
 
88 
göndərən  isə  ödəniş  zəmanətini  almayana  kimi  malı 
vermək istəmədikdə; 

  satıcı qabaqcadan məlum olmadıqda.  
Qəbz  qiymətli  kağızdır.  Qəbz  kitabçalarının  blankları 
ciddi  hesabat  sənədləridir  və  onların  forması  Mərkəzi  Bank 
tərəfindən müəyyənləşdirilir.  
Müəssisələr  qəbz  kitabçalarını  almaq  üçün  onlara  xidmət 
göstərən  banka  ərizə  təqdim  edirlər.  Bank  ərizəçinin  vəsaitlərini 
qəbzlərin  ödənildiyi  ayrıca  hesaba  depozitə  qoyur.  Bank 
tərəfindən  müştəri  bankda  depozitə  qoyulmuş  məbləğin 
göstərildiyi və onun qəbz yaza biləcəyi məbləğ çərçivəsində qəbz 
kitabçası alır.  
Sabit  maliyyə  durumu  və  ödəniş  nizam-intizamı  olan 
müştərilərə  müəyyən  müqavilə  əsasında  bankın  zəmanəti  ilə 
(vəsaitlər depozitə qoyulmadan) qəbz kitabçası verilə bilər.  
Bank  qəbzin  verilmə  tarixi  nəzərə  alınmadan  on  iş  günü 
ərzində onu müəssisənin ödənişinə təqdim etməlidir.  
Mal əldə edilərkən və ya xidmətlər göstərilərkən müəssisə 
(səlahiyyətli  nümayəndə  vasitəsilə)  hesablaşma  qəbzi  yazır  və 
onu mal göndərənə,  yəni vəsait alana verir. Ödənişə daxil olmuş 
qəbzlər,  bir  qayda  olaraq,  yazıldığı  gündən  bir  gün  sonra  qəbz 
saxlayan  tərəfindən  banka  təhvil  verilməlidir.  Bank  qəbz 
rekvizitlərinin  düzgünlüyünü  və  onların  etibarlılıq  müddətini 
yoxladıqdan  sonra  qəbzdə  göstərilmiş  məbləği  vəsaitlərin 
depozitə  qoyulduğu  hesabdan  (hesablaşma,  yaxud  da  ssuda 
hesabından)  çıxararaq  həmin  məbləği  pul  vəsaitini  alanın 
hesabına daxil edir.  
Dünya  bank  təcrübəsində  ödənişi  alanın  kimliyindən  asılı 
olaraq qəbzləri adlı, orderli, adsız qəbzlərə ayırırlar. Adlı qəbzlər 
üzrə  ödəniş  yalnız  qəbzdə  göstərilmiş  şəxsin  hesabına,  orderli 
qəbz  üzrə ödəniş – həm  qəbzdə  göstərilmiş  şəxsin, həm  də  onun 
əmri üzrə  (qəbzin arxasında rəsmiləşdirilmiş) digər şəxsin, adsız 
qəbz  üzrə  ödəniş  isə  istənilən  şəxsin  hesabına  edilə  bilər.  Adlı 
qəbzlər  ötürülmür.  Adsız  qəbzlər  sadə  təqdim  edilmə  yolu  ilə 


 
 
 
 
89 
digər  şəxsə  ötürülə  bilər,  orderli  qəbzlər  ötürülmə  haqqında 
yazının (indossament) rəsmiləşdirilməsi yolu ilə ötürülür.  
 “Nağdsız  hesablaşmalar  haqqında  əsasnamə”də  qəbzlə 
hesablaşma  qaydaları  müəyyən  edilmiş,  eyni  zamanda  onların 
istifadə imkanları bir qədər məhdudlaşdırılmışdır. Bunlara aiddir: 

  qəbz verənə qəbz indossamentinin qadağan edilməsi; 

  qəbz  verənin  qəbzi  indossament  yolu  ilə  mal 
göndərənə ötürə bilməməsi; 

  qəbz  verən  tərəfindən  vəsaitlərin  qabaqcadan  ayrıca 
hesabda 
depozitə 
qoyulmasının 
mütləq 
tələb 
olunması.  
Bununla  yanaşı,  nağdsız  hesablaşmalar  haqqında  əsas-
namədə  digər  qəbz  növlərinin  də  ödəniş  dövriyyəsində  istifadə 
mümkünlüyü  nəzərdə  tutulur.  Bu  banklara  öz  qəbzlərini 
buraxmaq imkanı verir.  
Vəsaitlərin  depozitə  qoyulması  ilə  qəbz  kitabçalarından 
qəbz  hesablaşmaları  zamanı  mal  göndərənə  ödəniş  zəmanəti 
verilir,  lakin  vəsaitlər  kifayət  qədər  uzun  müddətə  ödəyicinin 
təsərrüfat dövriyyəsindən çıxarılır.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin