Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə68/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   114
bank emeliyyatlari

Müddətli  əməliyyatlar  –  üzrə  isə  hesablaşmalar  tərəflərin 
əvvəlcədən  müəyyən  etdiyi  müddətdən  sonra  əqd  bağlanan  ana 
olan  məzənnə  ilə  keçirilir.  Deməli,  müddətli  əqdlər  üzrə 
kontraktın  bağlandığı,  qiymətin  müəyyən  etdiyi,  hesablaşmanın 
aparılacağı  müddətlər  əvvəlcədən  dəqiq  müəyyən  olunur. 
Müddətli əqdlər üzrə hesablaşmalar ya ayın ortasında (buna “per 
medio” deyilir), ya da ayın sonunda (per ultimu) keçirilir.  
Müddətli  əqdlərdən  çox  vaxt  alqı-satqı  zamanı  məzənnələr 
arasında  yaranan  fərq  şəklində  möhtəkir  mənfəətin  əldə 
edilməsindən  ötrü  istifadə  olunur.  Lakin  bütün  aktivlərlə,  o 
cümlədən,  fond  aktivləri  ilə  müddətli  əməliyyatların  keçirildiyi 
hər  bir  konkret  halda  sırf  möhtəkirlik  məqsədləri  üstünlük  təşkil 
etməyə  də  bilər,  yəni  bu  cür  əməliyyatlara  qeyri-möhtəkir 
məqsədlərdən  ötrü  də  müraciət  oluna  bilər.  Məsələn,  Məzən-
nələrin mümkün ola bilən enməsi nəticəsində yaranan zərərlərdən 
qiymətli 
kağızlara  edilmiş  investisiyaların  sığortalanması 
məqsədilə də müddətli əməliyyatlara müraciət oluna bilər.  


 
 
 
 
129 
Müddətli  əməliyyatların  növləri  kimi  fyuçers  və  opsionlar 
geniş yayılmışdır.  
Fyuçers  –  əməliyyatları  satıcı  və  alıcı  arasında  bağlanan, 
gələcəkdə  müəyyən  edilmiş  məzənnə  ilə  qiymətli  kağızların 
müəyyən  miqdarını  müvafiq  olaraq  satmaq  və  almaq  öhdəlikli, 
standart müddətli müqavilədir.  
Opsion  –  alıcıya  müəyyən  müddət  ərzində  müəyyən 
qiymətlə  əmtəənin  standart  miqdarını  almaq  hüququ  (öhdəliyi 
yox!), satıcıya isə satmaq hüququ verən əqddir (müqavlədir).  
Müddətli  əməliyyatların  qəti,  şərtli  və  uzadılmış  növləri 
məlumdur.  
Qəti  əqdlərin  iştirakçıları  qiymətli  kağızların  müəyyən 
edilmiş  müddətdə  çatdırılması  (satıcının  öhdəliyi)  və  alqısı 
(alıcının  öhdəliyi)  üzrə  öhdəliklər  götürür  və  şərtlər  dəyişdirilə 
bilməz.  
Şərtli  əqdlər  zamanı  iştirakçılardan  biri  digərinə  müəyyən 
mükafat  ödəməklə  öz  öhdəliklərindən  imtina  etmək  hüququna 
malikdir. Əsas məqsəd məzənnə tərəddüdləri nəticəsindəki itkiləri 
məhdudlaşdırmaqdır.  Əqd  şərtlərinin  hansı  iştirakçının  və  necə 
dəyişmək  hüququna  malik  olmasından  asılı  olaraq  şərtli  əqdlərin 
ilkin  mükafatlı,  əks  mükafatlı,  stellaj  və  tam  bölünən  növlərini 
fərqləndirirlər.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin