FƏSİL 12. Bankın investisiya və kredit siyasəti….
12. 1. Bankın investisiya siyasəti. . . . . . . . . . . . . . . .
12. 2. Birbaşa və portfel investisiyası. . . . . . . . . . . . .
12. 3. Bankın kredit siyasəti…………………………...
FƏSİL 13. Bank əməliyyatları üzrə risklər…………….
13. 1. Sənədli əməliyyatlar üzrə risklər. . . . . . . . . . . .
13. 2. Bank zəmanəti ilə risklərin sığortalanması. . . .
ƏDƏBİYYAT. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
177
178
180
183
186
191
197
197
200
201
206
206
208
210
5
GİRİŞ
Bank sisteminin fəaliyyəti qəbul olunmuş “Mərkəzi Bank
haqqında” və “Banklar və bank fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının
qanunları
ilə
nizamlanır.
Azərbaycan
Respublikasının ərazisində kommersiya banklarının açılması,
qeydə alınması və ləğvi həmin qanunlarla müəyyən olunur.
Azərbaycan ərazisində bu qanuna görə lisenziyalaşdırılmış bank
fəaliyyəti qaydası mövcuddur, yəni bank fəaliyyəti yalnız
Mərkəzi Bankın xüsusi lisenziyası əsasında aparıla bilər. Bank
fəaliyyətinə Mərkəzi Bank tərəfindən xüsusi icazə verilməsi bank
əməliyyatları üzrə yüksək dərəcəli risklə əlaqədardır. Bankın
nizamnaməsi Mərkəzi Bankdan qeydiyyatdan keçdikdən sonra
kommersiya bankı yaradılmış hesab edilir və hüquqi şəxs statusu
qazanır. Kommersiya banklarının yaradılması təşəbbüsünü onun
təsisçiləri irəli sürürlər.
Qanuna görə kommersiya bankları istənilən mülkiyyət
formasında yaradıla bilər. Onun təsisçiləri isə bankın nizamnamə
kapitalının formalaşmasında iştirak etməyə tam hazır olan hüquqi
və fiziki şəxslər ola bilərlərdir. Qanuna görə siyasi təşkilatlar və
ixtisaslaşmış ictimai fondlar müstəsna olmaqla bütün hüquqi və
fiziki şəxslər kommersiya banklarının təsisçiləri ola bilərlər.
Likvid balansı olmayan və eləcə də, ödəmə qabiliyyətsiz elan
olunmuş müəssisə və təşkilatlar bankın təsisçisi ola bilməzlər.
Təsisçilər bankın yaradılması üçün lazım olan bütün
sənədlərin hazırlanmasını öz üzərlərinə götürürlər. Təsisçilər, yəni
fiziki və hüquqi şəxlər təsis müqaviləsini hazırlayır və onu
imzalayırlar.
Təsis müqaviləsində bankın xarakteri (pay və ya səhm-
dar), nəzərdə tutulan nizamnamə kapitalının məbləği və
təsisçilərin həmin kapitalda olan payı, üzərlərinə götürdükləri
öhdəliklər üzrə tərəflərin cavabdehlik səviyyələri, mövcud ola
biləcək münaqişələrin həlli qaydası və s. öz əksini tapmalıdır.
Kommersiya banklarının yaradılmasında əsas sənəd kimi
onun nizamnaməsi qəbul edilir və nizamnamədə bankın adı, onun
hüquqi ünvanı, apara biləcəyi əməliyyatların siyahısı, nizamnamə
6
fondunun və bank tərəfindən yaradılacaq digər fondların məbləği,
təsisçilər haqqında məlumat və bankın idarəçiliyi haqqında
əsasnamə təqdim olunmalıdır.
Bazar iqtisadiyyatına keçid dövründə banklar iqtisadiy-
yatın daha sürətlə inkişaf edən sahəsinə çevrilmişdir. Güclü
maliyyə potensialına malik banklar olmasa iqtisadiyyatı inkişaf
etdirmək olmaz. Onlar ölkənin sosial – iqtisadi inkişafına maliyyə
təminatı yaratmaqla iqtisadi islahatların reallaşmasında böyük rol
oynaya bilərlər. Mahiyyət etibarilə bankların başlıca funksiyası
ölkənin iqtisadi inkişafına xidmət etməkdir.
Banklar yerinə yetirmiş olduqları əməliyyatların xarakte-
rinə görə üç əsas tipə bölünürlər: emissiya, səhmdar – kom-
mersiya və ixtisaslaşdırılmış banklar.
Mərkəzi Bank adətən ayrı-ayrı müəssisələr, firmalar və
sahibkarların kreditləşdirilməsi ilə məşğul olmur. Bu əməliyyat-
ların həyata keçirilməsi səhmdar – kommersiya banklarının
səlahiyyətlərinə aid edilir. Belə ki, səhmdar – kommersiya bank-
ları müəssisələr, firmalar və ayrı-ayrı vətəndaşların kredit-
ləşdirilməsini həyata keçirir.
Səhmdar – kommersiya bankları əmanətlərin kredit sis-
teminə cəlb edilməsi, müəssisələrə, firmalara, şirkətlərə kreditin
verilməsi, göstərilən strukturlar arasında haq – hesablar üzrə
yuxarıda göstərilən əməliyyatların mühüm kütləsini yerinə yetirir,
həmçinin də fond-komisyon və valyuta əməliyyatları ilə məşğul
olur.
Səhmdar – kommersiya banklarının şəbəkəsi bazar
iqtisadiyyatına keçidlə əlaqədar olaraq genişlənir. Lakin, eyni
zamanda maliyyə vəsaitinin çatışmazlığı və ölkə iqtisadiyyatının
böhran keçirməsi ilə əlaqədar olaraq tez bir zamanda iflasa
uğrayırlar. Bunlarla yanaşı bir sıra xarici özəl banklar güclü rəqabət
aparma qabiliyyətinə malik olduqlarına görə respublikanın maliyyə -
kredit sistemində aparıcı mövqe tuturlar.
|