133
Bank vəsaitlərinin mənbəyi kimi səhmdar kapitalın rolu
daha çox bankın mənfəətliyinə və maliyyə sabitliyinə zaminlik
etməkdən ibarətdir. Bunu sistemləşdirək:
Sxem 2. Bank vəsaitlərinin mənbəyi.
Depozitlər və kommersiya banklarının depozit əməliyyatları
haqqında müəyyən bir sxemin olması zəruridir. Bununla belə,
bank resurslarının yaradılmasının əsas mənbələrindən biri kimi
depozitlərin rolu böyükdür. Belə ki, beynəlxalq təcrübədə
bankların xüsusi vəsaiti onun cəlb etdiyi vəsaitlərinin yalnız 10-
15% hüdudunda müəyyən edilir. Onu da qeyd edək ki,
kommersiya banklarının cəlb olunmuş vəsaitlərinin məbləği
onların xüsusi kapitalının 25 misli hüdudunda qəbul olunur.
Bank qanunvericiliyinə əsasən bankların cəlb etdikləri
vəsaitlər ilə onun xüsusi kapitalı arasındakı nisbət normativlərə
əsasən müəyyənləşdirilir.
Belə ki, əhalidən cəlb edilmiş əmanətlərin kredit təşkilatının
xüsusi vəsaitinə olan nisbətinin maksimum miqdarı aşağıdakı
kimidir:
K
1
= (E
ə
/S)
.
100
Burada:
E
ə
- əhalinin manat və ya xarici valyutada əmanətlərinin
məcmusu məbləği;
Dostları ilə paylaş: