135
- İrihəcmli depozit sertifikatlarının satılması;
- Geri almaq haqqında müqaviləli qiymətli kağızların
satılması;
- Federal ehtiyat sistemindən kreditlərin alınması;
- Avrodollar borcları;
- Federal fondların açılması.
Depozit əməliyyatları təşkil olunduqda bank səy göstərməlidir
ki, depozit hesablarındakı sərbəst vəsaitlərin (aktiv və əməliyyatlara
cəlb edilməyən) ehtiyatları minimum həddə olsun.
Sərbəst bank resurslarının həcmi hesablaşma, cari, büdcə və
digər depozit-əmanət hesablarındakı vəsaitin qalığı ilə ssuda
borcunun həcmi arasındakı fərq kimi müəyyən edilir. Bu fərqin
minimum səviyyədə olması bank üçün səmərəli hesab edilir.
Hazırda banklar arasında rəqabət mübarizəsinin genişləndiyi
bir şəraitdə əhalinin pul əmanətlərinə sabit və ehtiyat bank vəsaiti
kimi baxmaq banklar üçün əlverişli deyil, çünki əhalinin böyük
əksəriyyətində əmanət yaratmaq imkanı aşağıdır.
Dostları ilə paylaş: