Qiymətli kağızlar bazarının etibarlılığı və ona inam dərəcəsi – investor tərəfindən birbaşa olaraq bazarın təşkilatçılıq
səviyyəsinin qaldırılması və ona dövlət nəzarətinin güclən-
dirilməsi ilə bağlıdır. QKB-nın zəruriliyi ondan ibarətdir ki, onun
ləgv olması birbaşa iqtisadi inkişafın dayanması deməkdir. Dövlət
QKB-na olan etibarı daim qorumalıdır ki, qiymətli kağızlara
əmanətlərini yönəldən insanlar dövlətin hər hansı tədbir və
möhtəkirlik amillər nəticəsində bu əmanətləri itirməyəcəklərinə
inansınlar. Ona görə də, bütün bazar iştirakçıları bazarın düzgün
təşkilinə və onun əsas iştirakçısı olan dövlət tərəfindən ciddi nəzarət
olunmasında maraqlıdırlar.