Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə85/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   114
bank emeliyyatlari

8. 2. Sadə vekselin mahiyyəti 
 
Sadə veksel müəyyən müddət ərzində müəyyənləşdirilmiş 
yerdə  veksel  verənin  müvafiq  pul  məbləğini  veksel  saxlayana 
ödəmə öhdəliyinin və ya onun əmrinin göstərilmədiyi adi qiymətli 
kağızdır.  Adi  vekselin  iki  iştirakçısı  var:  verilmiş  veksel  üzrə 
ödəniş  etməli  olan  ilk  vekseli  əldə  edən  və  həmin  veksel  üzrə 
ödənişi qəbuletmə hüququna malik olan şəxs.  
 
Sadə veksel təminatı olmayan abstrakt pul sənədidir. Onun 
fərqləndirici xüsusiyyətlərinə aiddir: 

 
ötürülmə imkanlarının olması;  

 
dövriyyəsiz  yazıları  həyata  keçirmiş  şəxslərdən  başqa, 
orada iştirak edən şəxslərin birgə məsuliyyəti; 

 
yazıların notarial təsdiqi zəruriyyətinin mövcud olmaması; 

 
müəyyən  olunmuş  müddətə  vekselə  görə  ödəniş 
edilmədikdə notarial qaydada etiraz.  
 
Ödəniş  müddəti  göstərilməyən  sadə  veksel  tələb  üzrə 
ödənilməli olan veksel hesab olunur. Vekselin tərtibat yeri barədə 
xüsusi göstərişin olmaması ödəniş  yeri və veksel verənin  yaşayış 
yeri  kimi  hesab  olunur.  Tərtibedilmə  yeri  göstərilməyən  sadə 


 
 
 
 
155 
veksel  veksel  verənin  adının  yaxınlığında  göstərilən  yerdə 
imzalanmış hesab olunur.  
 
Sadə  vekselə  indossament,  ödəniş  müddəti,  ödəniş 
qaydası, qeyri-aksept və ya ödəniş olunmadığına iddia, vasitəçilik 
qaydasında  ödəniş,  surətçıxarma,  formanın  dəyişdirilməsi,  iddia 
vaxtının  tarixi,  köçürmə  vekselə  aid  edilən  aval  haqqında 
müddəalar  tətbiq  edilir.  Sadə  veksel  üzrə  veksel  verən  köçürmə 
veksel  üzrə  akseptant  kimi  eyni  vəzifələrə  malikdir.  Sadə  veksel 
borc barədə qeyddir (qəbzdir). Sadə vekseldə iki nəfər iştirak edir.  
 
Aksept  üçün  ödəyiciyə  sadə  vekselin  təqdim  edilməsi, 
qəbul  edilmədiyi  təqdirdə  etirazın  tərtib  edilməsi  tələb  olunmur. 
Çünki qabaqcadan vekselin yaranmasında birbaşa borclu vardır.  
 
Veksellərlə  hesablaşma  zamanı  vəsaitlərin  dövriyyə 
qabiliyyətini  sürətləndirmək  üçün  banklar  onları  diskont  edə, 
vekselin  təminatı  qismində  ssudalar  verə  bilər,  müştərilərə 
vekselə  görə  ödənişin  əldə edilməsi  və  borcların  ödənilməsi üzrə 
xidmətlər göstərə bilərlər.  
 
Veksel  malların  satışının  yaxşılaşdırılmasına  və  dövriyyə 
vəsaitlərinin  dövriyyə  sürətinin  artırılmasına  kömək  edir,  bu  da 
müəssisənin  borc  kapitala  və  ümumilikdə  pul  vəsaitlərinə 
ehtiyacının  azalmasına  səbəb  olur.  Bu  növbəti  hallarda  baş  verir: 
vekselin  müddəti  malların  satış  müddəti  ilə  uyğun  gəlir;  mal 
sövdələşmələri veksellərlə rəsmiləşdirilir.  
 
Bəzən  vekseli  birindən  digərinə  yazmaq  üsulu  ilə  – 
dostcasına  veksellə  və  ya  veksellərin qeyri-şəxslərə  yazılması  ilə 
–  tunc  veksellə  üçüncü  şəxsdən  «ucuz»  kreditin  götürülməsinə 
nail olurlar.  
 
İndossamentin  köməyi  ilə  vekselin  verilmə  mümkünlüyü 
vekselin  dövriyyə  qabiliyyətini  artırır  və  onun  yerinə  yetirdiyi 
hesablaşma  vasitələri  funksiyasına  qarşılıqlı  borc  öhdəliklərinin 
ödənilmə  vasitələri  funksiyasını  əlavə  edir.  Vekselin  köməyi  ilə 
öhdəliklərin icrası pula olan tələbatı azaldır.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin