Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


 2. Bank kreditləşdirilməsinin hüquqi əsasları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə9/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   114
bank emeliyyatlari

      1. 2. Bank kreditləşdirilməsinin hüquqi əsasları 
 
  Müəssisələrin  banklar  tərəfindən  kreditləşdirilməsi  kre-
ditləşmə  prinsiplərinə  ciddi  şəkildə  riayət  olunması  şəraitində 
həyata  keçirilir.  Banklar  kreditləşdirmə  sisteminin  əsasını,  əsas 
elementini  təşkil  edir,  belə  ki,  kreditin  mahiyyətini  və 
məzmununu,  eləcə  də  obyektiv  iqtisadi  qanunların  (o  cümlədən 
kredit münasibətləri sahəsində) tələblərini əks etdirir.  
 
Kreditləşdirmə prinsiplərinə aşağıdakılar aiddir:  
1) Müddətlilik 
2) Fərqlilik  
3) Təminatlılıq 
4) Ödənclik.  


 
 
 
 
10 
1.  Kreditləşdirilmənin  müddətli  olması  kreditin  vaxtında 
geri  qaytarılmasından  ibarətdir.  Müddətlilik  prinsipi  o  deməkdir 
ki,  kredit  sadəcə  qaytarılmalı  deyil,  ciddi  şəkildə  müəyyən-
ləşdirilmiş müddətə  qaytarılmalıdır, daha  doğrusu,  burada zaman 
amili konkret ifadə olunur.  
2. Fərqli yanaşma bankın öz müştərilərinə kredit verilməsi 
məsələsinə  birmənalı  olaraq  yanaşmamalı  olduğu  deməkdir.  Bu 
səbəbdən 
diferensial  münasibət  kreditvermə  qabiliyyəti 
göstəriciləri  əsasında  həyata  keçirilməlidir.  Kreditvermə 
qabiliyyəti  borc  alanın  krediti  müəyyənləşdirilmiş  müddətə 
qaytarma  qabiliyyəti  və  hazırlığına  əminlik  hissi  verən 
müəssisənin maliyyə vəziyyətidir.  
 
3. Kreditin  təminatlılıq prinsipi:  «Banklar  və  bank fəaliy-
yəti haqqında»  Qanunun  qəbul edilməsi  ilə  kommersiya  bankları 
öz  müştərilərinə  müxtəlif  formalı  təminatlarla  kredit  vermək 
imkanı  əldə  etdilər.  Kredit  təminatının  xarici  ölkələrdə  geniş 
şəkildə  istifadə  edilən  və  banklar  tərəfindən  götürülmüş  mühüm 
növləri aşağıdakılardan ibarətdir: girov, zəmanət, zaminlik, kredit 
riskinin  sığortalanması,  bankın  xeyrinə  üçüncü  şəxslərə  satılma, 
sessiya.  
4.  Kreditin  ödənclik  prinsipi  kredit  alan  tərəfin  pul  və-
saitlərindən  müvəqqəti  olaraq  öz  ehtiyacları  üçün  istifadə  etməsi 
müqabilində  banka  müəyyən  ödəniş  həyata  keçirməsidir.  Bu 
prinsipin  təcrübədə  həyata  keçirilməsi  bank  faizi  mexanizmi 
vasitəsilə həyata keçirilir.  
 
Bank  kreditləşdirilməsinin  bütün  prinsiplərinin  təcrübədə 
həyata  keçirilməsi  həm  ümumdövlət  maraqlarına,  həm  də  kredit 
müqaviləsinin  hər  iki  subyektinin  (bank  və  kredit  alanın) 
maraqlarına səbəb olur.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin