Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


Fərdi şəxslərə kredit verilməsi əməliyyatları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə101/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   114
bank emeliyyatlari

 
11.5. Fərdi şəxslərə kredit verilməsi əməliyyatları 
 
Fərdi  şəxslərə  kredit  verilmə  hal-hazırda  Azərbaycanda 
bank  biznesinin  inkişafı  nöqteyi-nəzərdən  ən  perspektivli 
istiqamətdir.  İri  korporativ  müştərilər  bazarı  son  dərəcədə  təmin 
edilmiş, maliyyə institutları üçün kiçik ssudaların verilməsi isə – 
kiçik  müəssisələrin  və  qanunvericilik  maneələrinin  qeyri-
şəffaflığına  görə  hələlik  o  qədərdə  cəlbedici  deyildir.  Fərdi 
şəxslərlə  səmərəli  işləmək  üçün  geniş  şəbəkə,  müasir  bank 
texnologiyası, əhəmiyyətli marketinq təminatı, geniş məhsul xətti, 
ixtisaslaşdırılmış  heyət  tələb  olunur.  Fərdi  şəxslərlə  işin 
perspektivliyi  həmçinin,  hər  şeydən  əvvəl,  pərakəndə  bazara 
diqqət yetirən xarici investorların maraqlarını təsdiq edir.  
Belə  ki  istehlak  kredit  bazarının  inkişafı  ilə  yanaşı 
gecikmə faizi də artır. Kredit portfeli sürətlə inkişaf etdikcə prob-
lemli  borclar  verilmiş  ssudaların  kiçik  bir  hissəsini  təşkil  edə 
bilər.  Lakin  sürətli  inkişaf  sonsuz  deyil,  müəyyən  anda 
gecikdirilmiş  borclar  banklar  üçün  ciddi  problemə  çevrilə  bilər. 
Bu  xüsusilə  ticarət  məntəqələrində  girovsuz  ekspress-kreditlər 
verən  maliyyə  institutlarına  aid  edilir.  Bu,  manatla  illik  70%-ə 
kimi mənfəətlə bank biznesinin ən gəlirli növüdür və burada risk 
olduqca  yüksəkdir.  Ssudanın  verilməsi  barədə  qərar  surətli 
sistemin  köməyi  ilə  potensial  borclunun  ödəniş  qabiliyyətinin 
keyfiyyətli  qiymətləndirilməsi  mümkün  olmayan  bir  neçə  dəqiqə 
ərzində  qəbul  edilir.  Bütün  mədəni  dünya  çoxdan  bəri  borcla 
yaşayır.  İnsanlar  istehlak  kreditlərindən  istifadə  edirlər.  Orta 
amerikan ailəsinin borcu, məsələn, illik gəlirin 80%-ni təşkil edir.  
Hal-hazırda  Azərbaycanda  qaytara  bilməyəcəyini  dərk 
edən,  kredit  götürən  insanlar  vardır.  Bu  mənada  hətta  kredit 
institutlarının tarixi də kömək etməyəcək – insanın heç bir borcu 
olmaya  da  bilər,  lakin  bu  kreditin  ödənilmə  qabiliyyətində 
olmasına  zəmanət  vermir.  Eyni  zamanda,  vətəndaş  da 
xəstələndiyi  halda  və  ya  ondan  asılı  olmayan  səbəblərdən  ağır 


 
 
 
 
191 
vəziyyətə düşdükdə kreditordan müdafiə almalıdır; bu halda bank 
tərəfindən  kreditin  ödənişi  üçün  xüsusi  şərtlər  nəzərdə 
tutulmalıdır.  Belə  ki,  bütün  dünyada  müflisləşmə  borclunun 
müdafiəsi üçün səmərəli vasitədir. Məsələn, ABŞ-da bankların – 
maliyyə  müəssisələrinin  hər  istəyənə  kreditin  verilməsinə  görə 
məsuliyyəti  nəzərdə  tutan,  borc  alan  və  kreditor  arasında 
münasibətləri tənzimləyən normativ akt mövcuddur.  
İstehlak  krediti  bazarında  amansız  rəqabət  mübarizəsinin 
başlayacağı  an  yaxındadır.  Əsas  iştirakçıların  tərkibi  faiz 
dərəcələri kimi köklü şəkildə dəyişə bilər.  
Fərdi  şəxslərin  əksəriyyəti  kreditləri  təmir  məqsədilə 
götürmək  istərdilər.  Məşhurluğuna  görə  növbəti  -  işlənilmiş 
avtomobillərin,  mebelin,  kompyuterin,  məişət  texnikasının  və 
digər  ev  predmetlərinin  alınması  üçün  kreditdir.  Təhsil  xərci  və 
səyahətə getmək üçün kreditlərdən az istifadə edilir.  
Keçirilmiş  tədiqiqatlar  və  sorğular  göstərir  ki,  təxirəsa-
lınmaz ehtiyaclar üçün kreditlərdən fəal istifadə edilir. Bəli, bütün 
statistik  göstəricilər  bunu  təsdiq  edir.  Yaxın  gələcəkdə  amerikan 
modeli  olan  «həyat  kreditlər»inin  Azərbaycanda  da  tətbiqi 
mümkündür.  
İstehlak  kreditin  verilməsi  möhkəm  inkişaf  mərhələsinə 
davam gətirir. Bunu daha çox banklar həyata keçirir.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin