Təxirəsalınmaz kreditlər Qərbdə qədim tarixə malikdir.
Avropa və Amerika qanunvericiliyində onun mexanizmi o qədər
dəqiq və hərtərəfli göstərilmişdir ki, 15 il tamam olmamış
Azərbaycan bazarının məhz onlardan nümunə götürməkdən başqa
digər yolu qalmır.
ABŞ-da təxirəsalınmaz kreditlər inkişaf etmişdir.
Avropanın sənaye cəhətdən inkişaf etmiş ölkələrində istehlak
kreditləşməsinin inkişaf surəti ABŞ-nın bazar dinamikasını
üstələməsinə baxmayaraq mütəxəssislər amerikan bazarını ən
həcmli və uyğunlaşan bazar hesab edirlər. Məsələn, Almaniyada
ötən əsrin 70-ci illərində təxirəsalınmaz kreditləşmənin beşqat
inkişafı müşahidə olunmuşdur, sonradan 2000-ci ilin əvvəlində bu
192
190 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Həmin dövr
ərzində isə ABŞ-da üçqat inkişaf baş vermişdir; 90-cı ilin
əvvəlində 600 milyard ABŞ dollarına çatmışdır.
Amerikada təxirəsalınmaz kreditin verilməsinin rəsmi
tarixi İstehlak Krediti haqqında Qanun qəbul edildiyi vaxtdan,
yəni 1968-ci ildən başlayır. Xüsusilə, o ssudanın ədalətli verilmə
qaydalarını, faiz dərəcələrinin yuxarı həddlərini, köçürmə üzrə və
gecikmədə satış qaydalarını, müqaviləyə düzəlişləri müəyyən
edir. Qanunda kreditorun məhkəmə müdafiə vasitələri diqqətdən
yayınmamışdır: məhkəmənin təminatın həyata keçirilməsi üzrə
borc qalığını cərimə ilə almaq və ya borc alanın əmlakının üzərinə
həbs qoymaq hüququ vardır. Qanun, həmçinin daşınmaz əmlakın,
müntəzəm kreditdə iştirak edən şəxslər tərəfindən göstərilən xid-
mət və malların alqı-satqısına aid edilən kredit sövdələşmələrini
tənzimləyir. Amerikan istehlakçılarının hüquqlarına görə narahat
olmağa ehtiyac yoxdur: o, zirehlidir, bütün mümkün tərəfdən
müdafiə olunur. İstehlak krediti haqqında qanundan başqa
İstehlak kreditləri haqqında Vahid Məcəllə (The Uniform
Consumer Credit Code) mövcuddur. Onun məqsədi – satın
almanın maliyyələşdirilməsi üçün istehlakçını müdafiə etmək,
kredit verilməsi üzrə xidmətin düzgün, adekvat göstərilməsi,
ümumilikdə kredit sənayesini tənzimləməkdir. Nəhayət, bir
hissəsinin istehlak kreditlərinə həsr olunduğu «İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında» Amerikan qanunu da
mövcuddur. O, istehlakçıların kreditləşmə şərtləri barədə tam
məlumatlandırmanı zəruri edir və ya kredit verilən zaman hər
hansı bir ayrı-seçkiliyi qadağan edir. Qanun həmçinin
istehlakçıları sələmçilər tərəfindən sui-istifadədən müdafiə edir və
mükafatlandırmanın həcmini məhdudlaşdırır. Bundan başqa o,
kredit kartlarını buraxan və kredit tarixlərini təqdim edən
şirkətlərin fəaliyyətini tənzimləyir, həmçinin istehlak kreditləşmə
sahəsində araşdırma aparmaq səlahiyyəti verilən İstehlak
maliyyəsi üzrə Milli Komissiyanı təsdiq edir.
193
«İstehlak krediti» (İK) adlanan problemi həll etməklə
əhalinin bu kreditləşmə formasının oxşarı olan, lakin digər bu
mənada olan və sosial funksiyanı daşıyan digərlərindən ayırmaq
lazımdır.