194
ikinci variant birinci varianta nisbətən kreditə görə daha az
faizdir. Ona görə ki, bank bu müddət ərzində sizi və təqdim
edilmiş sənədi araşdırır, öyrənir. Borc alan qismində sizin
xeyriniz – kredit üzrə faizlərin aşağı düşməsidir. Əmanət bankının
və ya xarici «törəmə» bankların təklif etdiyi faizlərə diqqət
yetirin, sonra onların tələb etdikləri sənədlərin siyahısını və onları
maraqlandıran məlumatları götürün – onlar arasında əlaqə
ortadadır.
Kreditin vaxtından əvvəl ödənilmə mümkünlüyü bankda
zəruri proseslərdən biridir. Bu prinsipial məsələdir.
Çox vaxt hətta
siz krediti növbəti gün ödəmisinizsə və kreditdən tam müddət
ərzində istifadə etmisinizsə, onda məbləğin faizini tam
ödəməlisiniz.
Bankdan hansı valyuta ilə – manat və ya ABŞ dolları ilə
kredit almaq qərarı olduqca çətindir. Bunlar hamısı müştərinin
gəlirinin məbləğindən və məzənnə vəziyyətindən asılıdır. Bank
müştəriyə bildirir ki, onun gəliri qeydə alınmış manat gəliridirsə
(məsələn, əməkhaqqı), onda müştəri manatın kredit valyutasına
konvertasiyası zamanı ziyanla qarşılaşacaqdır