Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə111/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114
bank emeliyyatlari

 
 
 


 
 
 
 
204 
FƏSİL 13. BANK ƏMƏLİYYATLARI ÜZRƏ RİSKLƏR 
 
          13.1. Sənədli əməliyyatlar üzrə risklər 
 
Xarici  iqtisadi  fəaliyyət  sahəsində  iştirak  etmək  müxtəlif 
növ  risklərin  -  kommersiya,  siyasi,  valyuta  və  digər  risklərin 
yaranması  deməkdir.  Siz  beynəlxalq  hesabatları  sənədli 
əməliyyatların  istifadəsi  ilə  həyata  keçirərək  minimuma  endirə 
bilərsiniz. 
Bu 
sizə 
əməliyyatın 
keçirilməsinin 
bütün 
mərhələlərində  yarana  biləcək  problemləri  öncədən  nəzərdə 
tutmaq  və  işgüzar  əməkdaşlığın  etibarlılığını  qiymətləndirmək 
imkanı verəcəkdir.  
 
Sənədli  akkreditiv  –  bir  çox  ölkələrdə  xarici  ticari 
əməliyyatlar  üzrə  ümumi  ödəniş  vasitəsidir.  Akkreditiv  bankın 
dəqiq  şərti  pul  öhdəliyindən  ibarətdir.  Burada  o,  akkreditiv 
şərtlərinə  müvafiq  sənədlərin  vaxtında  təqdim  edilməsi  zamanı 
ixracçıya  pul  vəsaitlərinin  göstərilən  məbləğini  ödəməyə  hazır 
olduğunu  təsdiq  edir.  Bu  zaman  bank  alıcı  ilə  satıcı  arasında 
vasitəçi rolunu oynayır, belə ki, onun vasitəsilə sənədlərin təqdim 
edilməsindən sonra ödəniş həyata keçirilir.  
Qeyd  etmək  lazımdır  ki,  öhdəliyi  öz  üzərinə  məhz  bank 
götürür.  Alıcı  ilə  hər  hansı  hadisənin  belə  baş  verdiyi  təqdirdə 
müqavilə  üzrə  hesabat  hər  bir  halda  baş  verəcəkdir.  Sənədli 
akkreditivlərin  vahid  unfikasiya  olunmuş  qaydalara  təhkim 
edilməsi  sövdələşmə  üzrə  partnyorları  yerli  qanunvericiliyin  və 
biznesin  həyata  keçirilməsi  üzrə  ölkə  xüsusiyyətinin  yerinə 
yetirilməməsi ilə əlaqədar olan mümkün risklərdən qoruyur.  
Akkreditiv – mövcud hesabat formalarından ən çevik, hər 
iki  tərəfin  –  ixracçının  və  idxalçının  maraqlarını  və  gəlirlərini 
nəzərə  alan  bir  formadır.  Akkreditiv  şərtlərinin  detallarını  da 
şərtləşdirmək  olar:  malın  keyfiyyətini,  tədarük  müddəti  və 
nəqliyyatı,  tədarükün  bir  partiya  ilə  və  ya  hissələrlə  həyata 
keçirilməsini,  sənədlərin  kimin  tərəfindən  yoxlanmasını  (alıcının 
bankı  və  ya  satıcının  bankı),  bu  və  ya  digər  bankın 


 
 
 
 
205 
komissiyalarının  kimin  tərəfindən  –  satıcı  və  ya  alıcı  tərəfindən 
ödənilməsini və s.  
Akkreditiv  –  risklərdən  ən  etibarlı  müdafiə  usulu  və 
fəaliyyətinizin  ticarətlə  əlaqədar  olduğu  təqdirdə  hesabatların  ən 
üstün  formasıdır.  Sənədli  akkreditiv  formasının  istifadəsi 
ixracçılar və idxalçılar tərəfindən gəlirin alınmasının ən etibarlı və 
tez şəkildə həyata keçirilməsini təmin edir.  
Sənədli akkreditivlər sahəsində xidmətlər: 
  akkreditivin  açılması,  təsdiq  edilməsi  və  açılmış 
akkreditiv şərtlərinə dəyişikliklərin daxil edilməsi; 
  akkreditivin  və  ona  edilən  dəyişikliklərin  avizo  edil-
məsi; 
  sənədlər  komplektinin  akkreditiv  şərtlərinə  müvafiq 
gəlməsinin yoxlanması; 
  ticarət  maliyyələşdirilməsi  ilə  əlaqədar  olan  əməliy-
yatların həyata keçirilməsi; 
  xarici banklar tərəfindən maliyyələşdirmənin istifadəsi 
ilə akkreditivin açılması; 
  back-to-back,  «qırmızı  qeyd»,  möhlətli  ödəniş  şərtli, 
transferabel  akkreditivləri,  revolver  akkreditivlər, 
seessiyalı  akkreditivlər,  Standby  akkreditivləri  kimi 
akkreditiv növləri ilə iş; 
  aparıcı xarici banklar tərəfindən akkreditivlərin təsdiq 
edilməsi; 
  akkreditivin  ödəniş  və  ya  xərclərin  aksept  edilməsi 
vasitəsilə  yerinə  yetirilməsi  və  ya  akkreditiv  üzrə 
ödənişin  tələb  edilməsi  (ramburs),  akkreditivin  ləğv 
edilməsi.  
Sənədli inkasso – akkreditivin iqtisadi alternatividir.  
Bank-remitent  rolunda  çıxış  edərək  bank  idxalçının 
bankına  müqavilədə  qeyd  edilmiş  inkasso  sənədlərini  (məsələn, 
hesab-fakturaları,  nəqliyyat,  sığorta,  gömrük  sənədlərini  və  s.  ) 
göndərir, o isə, öz növbəsində təlimatlara uyğun olaraq ödəniş və 
ya  aksept  müqabilində  sənədləri  ödəyiciyə  ötürür.  İnkassonun 


 
 
 
 
206 
üstün  cəhəti  bank  komissiyalarının  ödənilməsi  üçün  müştərinin 
xərclərinin aşağı səviyyədə olmasından ibarətdir.  
İxracatçının alıcının ödəmə qabiliyyətinə şübhəsi olmadığı 
və  idxalçının  isə  satıcının  malı  vaxtında  çatdıracağına  əmin 
olduğu  halda  sənədli  inkassodan  istifadə  edin,  belə  ki,  sənədli 
inkasso tapşırığının  yerinə  yetirilməsi zamanı bankın məsuliyyəti 
ödəniş və ya aksept müqabilində sənədləri ödəyiciyə göndərilməsi 
və  təqdim  edilməsi  ilə  məh-dudlaşır.  Bank  alıcının  inkasso  üzrə 
öz  öhdəliklərini  yerinə  yetirməməsi  təqdirində  ödənişi  həyata 
keçirmək öhdəliyini öz üzərinə götürür.  
Bank  öz  müştərilərinə  inkasso  üzrə  tam  xidmət  kom-
pleksini təklif edir, eləcə də: 
  inkasso sənədlərinin qəbul edilməsi və göndərilməsi; 
  inkasso tapşırığı üzrə təlimatların dəyişdirilməsi; 
  ödənilməmiş sənədlərin etibar edənə geri qaytarılması; 
  inkasso sənədlərinin daxil olması haqqında xəbərdarlıq; 
  ödəniş (aksept) müqabilində sənədlərin verilməsi.  
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin