13. 2. Bank zəmanəti ilə risklərin sığortalanması
Bank zəmanətinin verilməsi zamanı bank qeyd edilmiş
şəraitlərin baş verdiyi zaman benefisiara müəyyən edilmiş pul
məbləğini ödəməkhaqqında yazılı öhdəlik verir. Bank müştərinin
öz özdəliklərini yerinə yetirmədiyi təqdirdə zəmanət məbləğini
ödəmək öhdəliyini öz üzərinə götürür.
Bank zəmanətləri ənənəvi olaraq xarici iqtisadi fəaliyyət
zamanı müxtəlif ölkələrdə yerləşən partnyorlar arasında
sövdələşmələrin həyata keçirilməsinə yardım etmək üçün tətbiq
edilir. Zəmanət müqavilə öhdəliklərinin alıcı tərəfindən vaxtında
və tam olaraq yerinə yetirilməsi bacarığına tədarükçünün
şübhələndiyi təqdirdə istifadə edilir.
Bank zəmanətləri hesablaşma instrumentləri deyildir və
prinsipalın əsas öhdəliklərinin təminatı kimi istifadə edilir.
Risklərin minimuma endirilməsi üçün bank aşağıdakı beynəlxalq
207
unifikasiyaedilmiş qaydalara tabe olunmuş bank zəmanətlərinin
verilməsi və avizo olunması üzrə xidmətlər təklif edir:
ödəmə zəmanətləri;
avans ödənişinin geri qaytarılması zəmanəti;
müsabiqə ərizəsinin zəmanəti (tender zəmanətləri);
rezerv akkreditivi şəklində zəmanət (Standby tipli) və s.
Müqavilənizin şərtlərinə əsasən siz bank zəmanətini
təqdim etməlisinizsə, bank mütəxəssisləri ilə məsləhətləşin. Bank
zəmanət mətnini elə tərtib edəcəkdir ki, sizin maraqlarınız
maksimum şəkildə qorunmuş olsun və onların sizin partnyorun
(benefisiarın) istəklərinə müvafiq gəlməsini təmin edəcəkdir.
Sizin tələblərinizdən asılı olaraq bank birbaşa olaraq
benefisiarın xeyrinə zəmanət verəcək və zəmanətin verilməsini
idxalçının ölkəsindəki müxbir banka həvalə edəcəkdir. Müştərinin
istəyi ilə zəmanət rezerv akkreditivin gmissiya formasında ola
bilər.
|