22
1. 5. Bank nəzarətinin mahiyyəti
Mərkəzi Bankın ali orqan kimi zəruri funksiyası maliyyə
və kredit sahəsində qanunvericiliyə və maliyyə intizamına riayət
olunmasıdır.
Maliyyə nəzarətinin xüsusiyyəti ondan ibarətdir ki, onun
obyekti hər bir zaman pul vəsaitlərinin səfərbər edilməsi və ya
istifadəsi ilə, daha doğrusu, maliyyə ehtiyatlarının istifadəsi ilə
əlaqədar olan münasibətlərdən ibarətdir.
Bank sisteminin pərakəndəliliyi kommersiya banklarının
müstəqillik səviyyəsinin artmasına gətirib çıxarmışdır. Bununla
yanaşı, dövlət bank fəaliyyətinin tənzimlənməsini həyata keçirir.
Onun məqsədi bankların sabit, təhlükəsiz şəkildə fəaliyyət
göstərməsini təmin etməkdən, qeyri sabitlik ənənələrinin qarşısının
alınmasından ibarətdir. Dövlət tənzimlənməsi müxtəlif hüquq
sahələrinə (inzibati, maliyyə, mülki) sirayət edən hüquqi təlimatlar
formasında fəaliyyət göstərir.
Mərkəzi Bankın əsas məqsədlərindən biri də bank sis-
temində idarə olunmanın təşkilindən ibarətdir. Mərkəzi Bank
mahiyyətcə dövlət və kommersiya bankları arasında vasitəçi
rolunda çıxış edir və bank tənzimlənməsi vasitəsilə dövlətin iqtisadi
siyasətini həyata keçirir. İdarəetmənin təsir obyektləri kredit idarələri,
ilk növbədə isə kommersiya banklarıdır.
Dostları ilə paylaş: