Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


 6. Mərkəzi Bankın pul-kredit siyasətinin



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə13/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   114
bank emeliyyatlari

 
1. 6. Mərkəzi Bankın pul-kredit siyasətinin 
əsas alətləri və metodları 
 
Mərkəzi  Bankın  pul-kredit  siyasətinin  əsas  alətləri  və 
metodları aşağıdakılardan ibarətdir: 
1)  Kommersiya  bankının  əməliyyatları  üzrə  faiz  dərə-
cələrinin müəyyən edilməsi
2)  Kommersiya  banklarında  depozitə  qoyulmuş  icbari 
ehtiyat normativləri üzrə tələbləri müəyyən etmək
3)  Açıq bazarda həyata keçirilən əməliyyatlar; 


 
 
 
 
23 
4)  Bankların yenidən maliyyələşdirilməsi; 
5)  Valyuta tənzimlənməsini həyata keçirmək
6)  Pul kütləsinin artırılması istiqamətlərinin müəyyən edilməsi; 
7)  Birbaşa kəmiyyət məhdudiyyətlərinin tətbiqi.  
Mərkəzi Bank müxtəlif əməliyyat növləri üzrə bir və ya bir 
neçə faiz dərəcəsini müəyyən edə bilər və  ya  faiz siyasətini  faiz 
dərəcəsi  müəyyənləşmədən  həyata  keçirə  bilər.  Mərkəzi  Bankın 
faiz  dərəcələri  əməliyyatların  həyata  keçirildiyi  minimal 
dərəcələrdən ibarətdir.  
Məcburi  ehtiyat  normaları  kredit  təşkilatı  öhdəliklərinin 
20%-ni  keçə  bilməz.  Məcburi  ehtiyat  normalarına  əməl  olun-
maması zamanı Mərkəzi Bank kredit təşkilatından köçürülməmiş 
vəsaitlərin  məbləğini,  eləcə  də  maliyyələşdirmənin  iki  misli 
dərəcəsindən  artıq  olmamaq  şərtilə  onun  tərəfindən  müəyyən 
edilmiş  həcmdə  cərimə  ödənilməsini  tələb  etmək  hüququna 
malikdir.  Bank  əməliyyatlarının  həyata  keçirilməsi  hüququnu 
verən  lisenziyanın  ləğv  edilməsi  zamanı  Mərkəzi  Bankda 
depozitə  qoyulmuş  vəsaitlər  kredit  təşkilatının  səhmdarlar  və 
kreditorlar  qarşısındakı  öhdəliklərinin  yerinə  yetirilməsi  üçün 
istifadə edilir.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin