44
Cəlb edilmiş vəsaitlər bank ehtiyatlarının quruluşunda
üstün yer tutur. Dünya bank təcrübəsində bütün cəlb edilmiş
vəsaitlər depozitlərə və digər cəlb edilmiş vəsaitlərə bölünür.
Kommersiya banklarının cəlb edilmiş vəsaitlərinin əsas hissəsini
depozitlər təşkil edir.
Qeyd etmək lazımdır ki, depozitlər yalnız Mərkəzi Bankın
lisenziyasına müvafiq olaraq bu cür əməliyyatları həyata
keçirməyə hüququ olan banklar tərəfindən qəbul edilə bilər.
Banklara vətəndaşların vəsaitlərinin depozitə cəlb etmək hüququ
qeydiyyat tarixindən minimum 2 il sonra verilir. Depozitlərə
vəsaitlərin cəlb edilməsi yazılı şəkildə və iki nüsxədə (biri
əmanətçiyə verilir) olmaqla müqavilə ilə rəsmiləşdirilir. Banklar
əmanətlərin qorunmasını və investorlar qarşısındakı öhdəliklərini
vaxtında yerinə yetirməyi təmin edir.
Digər cəlb edilmiş vəsaitlər banklar tərəfindən istiqraz
şəklində və ya özünün borc öhdəliklərinin pul bazarında satışı
yolu ilə əldə edilən ehtiyatlardan ibarətdir. Onlar depozitlərdən
bazarda müsabiqə əsasında əldə edilməsi ilə fərqlənir və əsasən iri
banklar tərəfindən istifadə olunur.
Müasir bank təcrübəsi çoxlu sayda depozitləri fərqləndirir.
Bunlar aşağıdakılardır:
tələb olunanadək depozitlər;
müddətli depozitlər;
əmanət yatırımları;
qiymətli kağızlara yatırımlar.
Depozitləri həmçinin müddətinə, əmanətçilərin növlərinə,
vəsaitlərin verilməsi və qaytarılması şərtlərinə, faizlərinə, bankın
aktiv əməliyyatları üzrə imtiyazların əldə edilməsi imkanlarına və
s. görə də təsnifləşdirmək olar.
Dostları ilə paylaş: