Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə35/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   114
bank emeliyyatlari

Komissiya əməliyyatları – banklar tərəfindən müştərilərin 
tapşırığı,  onların  adından  və  onların  hesabına  həyata  keçirilən 
əməliyyatlardır; banklara komissiya haqları şəklində gəlir gətirir. Bu 
kateqoriya əməliyyatlara aşağıdakılar aiddir: 
  Debitor  borcunun  inkassasiyası  üzrə  əməliyyatlar 
(müştərinin tapşırığı ilə müxtəlif pul sənədləri əsasında 
pulların alınması); 
  Köçürmə əməliyyatları; 
  Ticarət-komissiya (cari vasitəçilik) əməliyyatları (müş-
tərilər üçün qiymətli kağızların, qiymətli metalların alqı 
satqısı, lizinq, faktorinq və s. ); 
  Trast əməliyyatlar; 
  Müştərilərə  hüquqi  və  digər  xidmətlərin  göstərilməsi 
üzrə əməliyyatlar.  
Trast  əməliyyatlarının  həyata  keçirilməsi  zamanı  banklar 
müştərinin xarici valyuta ilə olan hesablarına xüsusi diqqət yetirir. 
Adətən  belə  hesablarda  olan  vəsaitlərin  daha  sabit  valyutaya 
çevrilməsi  tövsiyə  edilir  (məsələn,  50%  ­  ABŞ  dolları,  30%  - 
EURO,  20%  -  funt  sterlinq).  Bu  növ  diversifikasiya  bu  və  ya 
digər  valyutanın  məzənnəsinin  kəskin  şəkildə  dəyişməsi ilə  bağlı 
olan  itkilərin  qarşısını  almağa  imkan  verir.  Hesablaşmaların 


 
 
 
 
55 
aparılmasının  asanlaşdırılması  üçün  bir  çox  banklar  müştərilərin 
bütün valyutalarda olan vəsaitlərini ümumi şəkildə qəbul edilmiş 
vahidə  çevirir.  Müştərinin  depozit  valyutasının  seçimi  haqqında 
banka xüsusi tapşırıq vermədikdə onun hesabına xarici valyutada 
daxil olan məbləğlər istənilən valyutaya çevrilir.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin