56
Qeyri-balans əməliyyatları dünya bank fəaliyyətində yeni
bir təzahür deyildir. Kredit idarələri əvvəllər də onların ayrı-ayrı
növlərini məsələn, trast əməliyyatları, forvard, valyuta
əməliyyatları ilə aparılan əməliyyatları həyata keçirmişdir. Lakin
yaxın zamanlaradək qeyri-balans fəaliyyətinin həcmi nisbətən
böyümüşdür. Bu vəziyyət 80-ci illərin əvvəllərində kəskin şəkildə
dəyişmişdir. Qeyri-balans əməliyyatları bank fəaliyyətinin aparıcı
istiqamətinə çevrilmişdir. Onlardan daxil olan gəlirin bank
gəlirinin formalaşmasında mühüm yeri vardır. Qeyri-balans
fəaliyyəti Amerika
banklarında
daha
geniş yayılmışdır.
Qeyribalans əməliyyatlarının otuzdan çox növü mövcuddur.
Onlar banklara aşağıdakı mühüm məsələləri həll etməyə imkan
verir:
Risklərin (xüsusilə kredit və bazar) bazar iştirakçıları
arasında bölünməsi və onların sığortalanması;
Kreditorla əlaqələrin genişləndirilməsi;
Əlavə gəlir əldə olunması və aktivlərin gəlirliliyinin
artırılması;
Bankın nəzarət orqanları tərəfindən tələb olunan
əməliyyatların artırılması zamanı kapital və aktivlər
arasında nisbətin qorunması;
Aktivlər və passivlərin idarə edilməsi;
Etibarnamə əməliyyatlarının həyata keçirilməsi.
Müasir dövrdə bank əməliyyatlarının miqyası genişlən-
dikcə, onların təsnifatı da dəyişir.
Dostları ilə paylaş: