64
deyil, pul kütləsinin göstəricisini hesablamaq üçün istifadə
olunur.
Qızıl standartı şəraitində tədavüldə olan bütün pullar qızılla
təmin olunmuşdurlar və pul bazası mövcud olan qızıl
ehtiyatlarının həcminə bərabərləşdirilirdi. Hal hazırda tədavüldə
qızıla xırdalanmayan kredit pullar mövcuddur. Elə buna görə də
bu anlayışın məzmunu dəyişilmişdir.
Tədavüldə olan nağd pulun və kommersiya banklarının
ümumi pul həcminin yekunu pul bazasıdır.
Bütün bunlar Mərkəzi Bankda hesablanmişdir. Bu göstərici
pul bazası adlanır, belə ki, orada olan pul vəsaitlərindən banklar
istifadə edə bilərlər, digər tərəfdən tədavüldə əlavə pul kütləsinin
yaranma mənbəyi olacaqdır. Bununla əlaqədar qərb iqtisadi
ədəbiyyatında Mərkəzi Bankın bazasını təşkil edən vəsaitləri çox
zaman etibarlı pul mənbəyi adlandırırlar. Pul bazası anlayışını və
onun pul tədavülünün təşkilində rolunu izah etmək üçün Mərkəzi
Bankın balansını nəzərdən keçirmək zəruridir.
Tərkibində maddələr olan sadələşdirilmiş balans mövcuddur
və nəzərdə tutulmuş sualları aydınlaşdırmaq üçün zəruridir.
Dostları ilə paylaş: