Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə43/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   114
bank emeliyyatlari

  


 
 
 
 
78 
Cədvəl 1  
 Bank sistemində yaradılmış əlavə depozitlərin artımı  
       (mln. manat) 
  
  
 
 Bank 
Bank 
sistemində 
yaradılmış 
əlavə 
depozitlərin artımı 
 
mln. manat 
Bankın 
artıq 
ehtiyatları 
 
 
mln. manat 
Mütləq 
ehtiyatların 
norması 
 
 
Y1-lə 
Mütləq 
ehtiyatlardan 
ayırma 
fonduna 
 
mln. manat 
Bank  tərəfində 
ayrılan 
kreditlər 
 
mln. manat 
Mərkəzi 
Bank 
 
 
 
 
 100 
Bank-1 
Bank-1 
Bank-2 
Bank-3 
Bank-4 
Bank-5 
 0, 0 
 100, 0 
 90, 0 
 81, 0 
 72, 9 
100, 0 
100, 0 
 90, 0 
 81, 0 
 72, 9 
 
 10 
 10 
 10  
 10  
 
 10, 0 
 9, 0  
 8. 1 
 7, 3 
100, 0 
 90, 0 
 81, 0 
 72, 9 
 65, 6 
 
Bank sistemində analoji  depozit genişlənmə  prosesi o zaman baş 
verər ki, əgər Mərkəzi Bank ona təklif olunmuş kreditlər hesabına 
kommersiya  bankının  azad  ehtiyatlarının  hesabına  yox,  onlardan 
qiymətli kağız və valyutalar almaq hesabına artar.  
  
 Bank  sisteminin  çoxsaylı  depozit  artımı  bankın  artıq 
ehtiyatının yaranması ilə bank sisteminin depozitinin birgə artımı 
arasında  riyazi  asılılığın  olması  zəruridir.  Bu  asılılıq  bank 
(depozit) multiplikatorunun anlayışı ilə ifadə olunur.  
 Bankın  depozit  multiplikatoru  kommersiya  bankının  artıq 
ehtiyatlarının  yaranması  zamanı  bank  sistemində  depozitlərin 
ümumi  artımının  həcminin  neçə  dəfə  artmasını  göstərən 
dərəcədir.  
 Göstərdiyimiz  nümunədə  bank  multiplikatorunun,  (m) 
mütləq  ehtiyatların  normasına  tərsi  mütənasibdir  (r)  və  onluq 
kəsrlə ifadə olunmuş halda: 
 
 M=1∕ r=1/0. 1=10  
 Bu  sadə  bank  (depozit)  multiplikatorunun  formulasıdır. 
Bu  onu  göstərir  ki,  icazə  verilmiş  dərəcədə  bank  sistemində 
depozit  həcminin  maksimal  artımı  necə  olar  bilər.  Bu  da  bank 


 
 
 
 
79 
sistemində  sadə  real  şərait  yaradır  ki,  bankın  bütün  artıq  ehtiyatları 
yubanmadan  kredit  ödəmək  üçün  istifadə  edilə  bilsin.  Müştərilər 
nağd  pulları  almaq  üçün  öz  hesablarından  vəsaitin  bir  hissəsini 
çıxarmırlar. 
Bizim 
göstərdiyimiz 
bank 
multiplikatorunun 
nümunəsində bu göstərici 10-a bərabərdir.  
 Depozit  həcminin  maksimal  artımını  təyin  etmək  üçün 
(∆D) bank sistemi tərəfindən əlavə alınmış artıq ehtiyat məbləğini 
bank multiplikatorunun artımına vurmaq lazımdır: 
 ∆D=100 min. man ∙ 10 = 1 mln. man  
 Amma  həqiqətdə  bank  multiplikatorunun  həcmi  formulada 
gösəriləndən  azdır.  Təcrübədə  hər  bank  artıq  ehtiyat  həcmini 
saxlayır,  onun  müştəriləri  hesablarından  nağd  pulları  çıxarırlar. 
Bu  isə  o  deməkdir  ki,  multiplikatorun  dərəcəsi  təkcə  mütləq 
ehtiyat  normasından  asılı  deyil  (yəni  Mərkəzi  Bank  tərəfindən 
müəyyən edilmiş) və Mərkəzi Bank tərəfindən bilavasitə nəzarət 
edilməsi mümkün olmayan başqa faktorlardan da asılıdır.  
 Bu  faktorların  təsirini  hesaba  almaq  üçün  pul  multip-
likatorunun  formasından  istifadə  edilir.  Bu  onu  göstərir  ki, 
iqtisadiyyatda  pul  bazasının  artımı  nəticəsində  pul  təklifi  neçə 
dəfə artar.  
m=
D
C
D
er
r
D
C
)
(
1



 
 
r ── mütləq ehtiyat norması; 
 
D
er
──bankın  artıq  ehtiyatının  depozit  həcminə  qarşı  nisbə-
tindən, 
D
C
──tədavüldə  olan  nağd  pul  həcminin  bank 
sisteminin depozit həcminə nisbətindən; 
Formuladan  görünür  ki,  pul  multiplikatorunun  həcminə 
aşağıdakılar təsir edirlər: 
1.  Mərkəzi  Bank  tərəfindən  müəyyən  edilmiş  ehtiyat 
tələblərinin həcmi; 


 
 
 
 
80 
2.  Kommersiya  banklarının  artıq  ehtiyatlarının  həcminin 
zəruriliyi; 
 3.  Əmanətçilərin  onlara  nə  qədər  nağd  pul  lazım  olması 
qərarı; 
Bununla  əlaqadar  olaraq  pul  multiplikatoru  depozitdən 
azdır.  Belə  ki,  depozit  multiplikasiyası  prosesində,  depozitlər 
əmanətçilər  tərəfindən  nağd  pula  çevirdikləri  üçün,  depozitin 
həmin  hissəsi  burada  iştirak  etmir.  Burada  bankların  kreditləşmə 
üçün istifadə etmədikləri artıq ehtiyatlar istifadə oluna bilməz.  
Əgər r, 
D
er
 və 
D
C
 böyüklüyü həcmi daimi, yaxud on-
ların  dəqiq  mənasını  təyin  etmək  mümkün  olsa  idi,  o  zaman 
multiplikatorun  pul  böyüklüyünün  (  həcminin)  hesabı  hər  bir 
zaman  üçün  çətinlik  yaratmazdı.  Mutiplikatorun  böyüklüyünü 
əvvəlcədən  müəyyən  etmək  mümkün  olsa  idi,  tədavüldə  pul 
kütləsinin  nəzarət  olunan  həcmini  saxlamaq  mümkün  olardı. 
Mərkəzi  Bank  eyni  zamanda  müvafiq  şərtlə  pul  bazasının 
böyüklüyünü proqnozlaşdıra bilərdi.  
Amma  pul  multiplikatorunun  formula  komponentlərindən 
ancaq  “r”  daimi  böyüklüyü  hər  hansı  bir  ölçüdə  ifadə  edir.  Bu 
zaman  mütləq  ehtiyat  norması  (həcmi)  Mərkəzi  Bank  tərəfindən 
çox  nadir  halda  dəyişdirilə  bilər.  Başqa  təşkil  olunan  formulalar 
dəyişən 
böyüklüyündədirlər, 
onların 
isə 
dinamikalarını 
proqnozlaşdırmaq  mürəkkəbdir.  Belə  ki,  bu  bütün  iqtisadi 
münasibətlər üzrə subyektlərin idarə olunmasından asılıdır. Buna 
görə  də  gələcək  dövrlər  üçün  pul  multiplikatorunun  mövqeyini 
dəqiq hesablamaq olmaz.  
Eyni  zamanda  pul  multiplikatorunun  həcmini  (böyük-
lüyünü)  keçmiş  vaxta  görə  təyin  etmək  olmaz.  Təcrübədə 
Mərkəzi  Banklar  pul  multiplikatorunun  hesablamalarını  yerinə 
yetirirlər,  yəni  ümumi  pul  kütləsinin  həcmini  cari  pul  kütləsinin 
həcminə  bölməklə  Mərkəzi  Bank  faktiki  pul  multiplikasiyasının 
dərəcəsini  təyin  edir. Bir sıra  hallarda  pul  kütləsi komponenti  ilə 
pul  bazası  arasındakı  qarşılıqlı  əlaqəni  müəyyən  etməyə  ehtiyac 


 
 
 
 
81 
yarandıqda,  bu  zaman  bir  neçə  pul  multiplikatorunun  növlərini 
hesablayırlar və bunlar aşağıdakılardır,  
1.  Faktiki  pul  multiplikatoru  ilə  birgə  pul  kütləsinin  pul 
bazasına nisbəti; 
2. M1 və ya M2 nisbətinin pul kütləsinə nisbəti;  
3. Birgə pul kütləsinin Mərkəzi Bankın real daxili kreditinə 
nisbəti.  
  
Qeyd  etmək  lazımdır  ki,  bank  sistemini  artıq  ehtiyatının 
azalması zamanı bank depozitlərinin dəfələrlə çoxsaylı ixtisarı və 
yaxud azalması baş verir. Bank sisteminin artıq ehtiyatı aşacıdakı 
hallarda azala bilər: 
1.  Mərkəzi  Bankın  pul  kütləsinin  artmasına  yönəldilmiş 
məhdudiyyətləri zamanı; 
2. Məcburi ehtiyat normasının artması; 
3. Kommersiya banklarının kredit dövriyyəsinin azalması;  
4.  Kommersiya  banklarında  kredit  faizlərinin  və  kredit 
qoyuluşunun artması; 
5.  Kommersiya  banklarında  qiymətli  kağızlar  və  xarici 
valyutaların satışının artması;  
6. Kommersiya banklarının artıq ehtiyatları azala bilər, yəni 
müştərilər  hər  hansı  səbəbdən  öz  əmanətlərini  götürsünlər  və 
onarı nağd pula çevirsinlər.  
Nağdsız hesablaşmalar müəyyən olunmuş formalı hesabat 
sənədləri əsasında və müvafiq sənəd dövriyyəsinə riayət olunması 
ilə  aparılır.  Hesabat  sənədlərinin  növündən,  ödəniş  vasitəsindən 
və  bankda sənəd dövriyyəsinin təşkilindən asılı  olaraq  ödəyicilər 
və  vəsait  alanların  aşağıdakı  əsas  nağdsız  hesablaşma  formaları 
fərqləndirilir:  
1. ödəniş tapşırıqları ilə hesablaşma; 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin